Gənclərin sevimli içkisi bu xəstəlikləri yaradır

Gənclərin sevimli içkisi bu xəstəlikləri yaradırGənclər arasında enerji içkilərinin istifadəsi sürətlə yayılır və bu da sağlamlıq üçün ciddi təhlükəyə çevrilir.
Mütəxəssislər xəbərdarlıq edir ki, bu içkilər xüsusilə ürək-damar sistemi, böyrəklər və psixi sağlamlıq üçün zərərlidir.
KONKRET.azmilli.az-a istinadən xəbər verir ki, Araşdırmalara görə İngiltərədəki yeniyetmələrin 31 faizi mütəmadi olaraq enerji içkilərindən istifadə edir. Yüksək kafein və şəkər tərkibli bu içkilər diqqəti artırsa da, bədəndə yüksək təzyiq, yuxusuzluq, mədə pozğunluqları və güclü baş ağrılarına səbəb olur. Dietoloq Annabel Gipp bildirir ki, artıq hiperaktivlik və buna bağlı yaralanmalar da artmaqdadır.
Mütəxəssislər xəbərdarlıq edir ki, bu içkilər təkcə qısamüddətli deyil, uzunmüddətli fəsadlar da yaradır. Gipp deyib ki, kafein bağırsaqlarda kalsiumun sovrulmasına mane olur və bu da gənclərdə sümük zəifliyinə gətirib çıxarır.
2023-cü ildə dərc edilən geniş bir araşdırma nəticəsində məlum olub ki, 18 yaşdan aşağı şəxslər arasında enerji içkilərinə bağlı sağlamlıq problemlərinin yarısı ürəklə, üçdə biri psixi pozuntularla və 22 faizi böyrəklə bağlıdır. Bəzi hallarda sadəcə 80 mq kafein belə ürək ritminin pozulması və böyrək çatışmazlığı kimi ağır nəticələrə yol aça bilir.
Psixi sağlamlıq sahəsində də mənzərə ürəkaçan deyil. 1,2 milyon gəncin qatıldığı bir tədqiqatda enerji içkisi ilə stress, narahatlıq, depressiya və intihar düşüncəsi arasında ciddi əlaqə tapılıb. Tədqiqatçılardan biri, Dr. Shelina Visram bildirib ki, bu içkilər psixoloji gərginliyi artırır və artıq bu məsələ ictimai sağlamlıq baxımından təcili addım tələb edir.
Professor Amelia Lake isə bu içkilərin 10 yaşlı uşaqlara belə, su qiymətinə satılmasının qəbuledilməz olduğunu deyib.
Mütəxəssislər enerji içkilərinə alternativ olaraq bitki çayları, təbii meyvə şirələri, hindqozu suyu və adi su tövsiyə edir. Bundan başqa, tünd şokolad, yaşıl çay və goji giləsi də təbii enerji artırıcılar kimi tövsiyə olunur.

Sağlamlıq       Tarix: 13 may 2025
f Paylaş

Oxşar xəbərlər

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən video xeber az son xeberler bu gun xeberlər