Bu meyvə qaraciyərin DƏRMANI imiş – MÖCÜZƏ
Son dövrlərdə təbii qidalar və sağlamlıq mövzusunda aparılan araşdırmalar bir daha sübut edib ki, təbiətin bizə təqdim etdiyi bəzi nemətlər əsl dərman rolunu oynayır.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, onlardan biri də zoğaldır. Həm dadı, həm də faydaları ilə tanınan bu qırmızı meyvə əsl qaraciyər qoruyucusudur.
Mütəxəssislərin fikrincə, zoğalın tərkibindəki güclü antioksidantlar və iltihabəleyhinə maddələr qaraciyəri toksinlərdən təmizləyir, hüceyrələrin yenilənməsini sürətləndirir və qaraciyərin fəaliyyətini gücləndirir. Xüsusilə də qeyri-sağlam qidalanma, dərman qəbulu və stress nəticəsində yorulan qaraciyər üçün zoğal əvəzolunmaz bir dəstəkdir.
Dietoloqlar gündə bir ovuc təzə və ya qurudulmuş zoğal yeməyi tövsiyə edir. Zoğal həmçinin mədə-bağırsaq sisteminə də müsbət təsir göstərir, immuniteti gücləndirir və orqanizmdəki iltihab proseslərinin qarşısını alır.
Unutmayın: sağlamlıq bahalı dərmanlarda yox, təbiətin özündə gizlidir. Qaraciyərinizi qorumaq və bədəninizə təbii bir "detoks" bəxş etmək istəyirsinizsə, zoğalı rasionunuza əlavə etməyə başlayın.
Xidmetler [newsid: 0-123300]

Milyarder səkkiz ay ərzində sərvətini itirdi
Əkrəm Həsənov: "Azərbaycandakı yaşayış minimumu sadəcə vətəndaşın fiziki sağ qalması üçündür"
Sabiq vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
Valyuta bazarında son vəziyyət
Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum olub
Türkiyənin 2 şirkəti Azərbaycandakı filiallarını bağlayır
Yeni il ərəfəsində bu məhsullar BAHALAŞA BİLƏR – Ekspertdən XƏBƏRDARLIQ
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
"Sədərək" və "Binə"də nə baş verir? – Narahatedici məqamlar üzə çıxdı
Lamin Yamal Bakıya gəlməyəcək - Qərar
Azərbaycan XİN COP31-in nəticələrini yüksək qiymətləndirdi
"Barselona" "Sabah"la oyun üçün Bakıya onları gətirir
"Sabah" – "Barselona" oyununun hakimləri bilindi
Putin və Si ABŞ-ın qaraciyərini yemək istəyirlər
Trampın adamı Bakıda: Əliyev telefon zəngində bunu xüsusi vurğulayıb, lakin…