Bu diş məcunları beyin hüceyrələrini MƏHV EDİR
Son illərdə şəxsi qulluq vasitələrinin tərkibi ilə bağlı aparılan elmi araşdırmalar, xüsusilə uşaqlar üçün nəzərdə tutulan diş məcunlarında sağlamlıq üçün təhlükəli maddələrin ola biləcəyini ortaya çıxarıb.
KONKRET.az xəbər verir ki, yeni yayımlanan tədqiqatda bəzi diş məcunu nümunələrində zərərli ağır metallara — qurğuşun, arsen, civə və kadmiuma rast gəlinib. Bu maddələrin xüsusilə inkişaf çağında olan uşaqlar üçün böyük təhlükə yaratdığı bildirilir. Mütəxəssislər qeyd edir ki, bu ağır metallar beyin hüceyrələrinə zərər verə və intellektual inkişafı ləngidə bilər.
Təkcə sinir sistemi deyil, ümumi sağlamlıq üçün də risk böyükdür. Elmi ədəbiyyatda bu maddələrə uzun müddət məruz qalmanın öyrənmə çətinlikləri, autizmə bənzər əlamətlər, bəzi xərçəng növləri, böyrək problemləri, ürək-damar xəstəlikləri və hətta doğuş qüsurları ilə əlaqələndirildiyi vurğulanır.
Araşdırmaçılar uşaqlar üçün hazırlanan diş məcunlarının ağız yolu ilə müntəzəm istifadə olunduğunu nəzərə alaraq, tərkibindəki hər bir kimyəvi maddənin təhlükəsizliyinin diqqətlə dəyərləndirilməsinin vacib olduğunu bildirirlər. Bu məhsulların təsadüfən udulması da potensial riski artırır.
Mütəxəssislər valideynlərə xəbərdarlıq edirlər:
Diş məcunu seçərkən yalnız dad və qablaşdırmaya deyil, tərkibdəki maddələrin təhlükəsizliyinə də üstünlük verin!
Mümkün qədər təbii tərkibli məhsullara üstünlük verilməlidir.
Natiq Səlim,
KONKRET.az

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
İnsanların sizi sevmədiyini göstərən 7 gizli işarə
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Türkiyə heç yerə qoşun göndərməyəcək - Fidan