Su təchizatı ilə bağlı yeni qaydalar təsdiqləndi

Su təchizatı ilə bağlı yeni qaydalar təsdiqləndiAzərbaycanda su təchizatı şəbəkəsinə qoşulma ilə bağlı yeni qaydalar təsdiq edilib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən KONKRET.az-a verilən məlumata görə, su şəbəkəsinə qoşulma sahəsində aparılmış ən son islahatlar nəticəsində şəbəkəyə qoşulmanın 3 prosedur üzrə ümumilikdə 30 gün müddətində həyata keçirilməsi ilə bağlı müraciətlərin qəbulu və təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin 20 iyun 2024-cü il tarixli 305 nömrəli Qərarı ilə "Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması Qaydası" təsdiq edilib.
Yeni qaydalara əsasən, məişət abonentlərinin və sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla) mövcud və ya inşa ediləcək tikinti obyektinin su təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və tikinti-quraşdırma işləri sifarişçinin ödənişi əsasında su təchizatı müəssisələri tərəfindən həyata keçiriləcək. Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən çox olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin su təchizatı şəbəkəsinə qoşulması üçün də sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş edilir. Lakin bu zaman layihənin hazırlanması və tikinti obyektlərindən su təchizatı sistemlərinə qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri sifarişçinin seçdiyi podrat təşkilat və ya su təchizatı müəssisələri tərəfindən həyata keçirilir. Qaydalara əsasən, qoşulma layihələri hazırlanarkən, tikinti obyektinin yerləşdiyi ərazidə ən yaxın məsafədə tələbata, şəhərsalma və tikinti normalarına uyğun su təchizatı mənbəyi mövcud olmalıdır.
Məlumata deyilir ki, yeni qaydalar "Su təchizatı və tullantı suları haqqında" Qanunda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1112-VIQD nömrəli Qanununun tətbiqi və "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 26 yanvar tarixli 266 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1 may 2024-cü il tarixli 52 nömrəli Fərmanının icrası məqsədilə hazırlanıb.
Bütövlükdə su şəbəkəsinə qoşulma sahəsində aparılmış islahatlar Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərlik etdiyi "Su şəbəkəsinə qoşulma" işçi qrupu tərəfindən təşəbbüs olunub və işçi qrupu çərçivəsində müzakirələr aparılaraq müvafiq təkliflər təqdim olunub.

Sosial       Tarix: 28 iyun 2024
f Paylaş

Oxşar xəbərlər

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN


son xeberler yeni xeberler azerbaycan xeberleri hava durumu xəbərlər bugunun xeberleri cebheden xeber