Süd məhsullarında kişi hormonları var
Süddə olan androgenlər dəridə iltihab, civzə və səpkiləri artıra bilər.
KONKRET.az Medicina.az-a istinadən xəbər verir ki, dermatoloq Andrey Kuznesov akne xəstəliyində süd məhsullarının rolundan danışıb.
"Akne piy vəzilərinin xəstəliyidir, orqanizmdə hormonal dəyişiklik, daha çox kişi cinsiyyət hormonlarının çoxalması fonunda baş verir. Piy vəziləri normadan artıq dəri sekreti hasil edir, nəticədə "Cutibacterium acnes" bakteriyalarının çoxalmasına, həmin sahədə iltihab, qızarma və səpkilərə səbəb olur.
Bir çox tədqiqat sübut edib ki, çox miqdarda süd və təzə süd məhsullarının qəbulu orqanizmdə androgenləri çoxaldır.
Çörək və un məmulatları isə qanda şəkəri və insulin hasilini artırır, nəticədə insulinrezisdentlik yaradır. Bu da dəri piy vəzilərinin sekresiyasını artırır, nəinki üzdə, bədəndə də iltihab və səpkilər çıxır. Ona görə akne müalicəsində 50% dərmandırsa, 50% pəhrizdir.
Müalicə ərəfəsində süd və süd məhsullarını, eləcə də şirniyyatı çıxarmaq lazımdır. Daha çox tərəvəz, meyvələr yeyin, antioksidant təsirli giləmeyvələr seçin", – dermatoloq qeyd edib.

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır
Arif Mirzəyev vəfat etdi
Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü
Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
"900 manat maaş alır, sistemdə 400 manat göstərilir" – İşçiləri hansı təhlükə gözləyir?
Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər
Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib
Türkiyə Ermənistanla sərhədi açır?
8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?
Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib