Süd vəzi xərçəngindən necə qorunaq?

Süd vəzi xərçəngindən necə qorunaq?Azərbaycanda son illər süd vəzi xərçəngindən əziyyət çəkən qadınların sayında artım müşahidə olunur. Qadınlar arasında süd vəzi xərçənginin daha çox müşahidə olunmasına səbəb bəzən bu xəstəliyin vaxtında aşkarlanmamasıdır.
KONKRET.az xəbər verir ki, "Qafqazinfo"nun suallarını cərrah-onkoloq, mammoloq, tibb üzrə fəlsəfə doktoru Afət Cabbarova cavablandırıb.
– Süd vəzi xərçənginin ilkin əlamətləri necə olur?
– İlk növbədə qeyd edim ki, süd vəzi xərçənginin əlamətləri erkən şişlərdə olmur. Erkən şiş dedikdə müayinədə – mammoqrafiya və ya digər müayinədə təsadüfi aşkarlanan, heç bir əlaməti olmayan kiçik ölçülü  şişi nəzərdə tuturuq. Əlamətlər adətən daha sonra meydana çıxır. Bu, əllənən törəmə, sərt kütlə, bərkimə, süd vəziləri ölçülərinin dəyişməsi, qızartı, şişkinlik, ödem, dəridə (gilədə) yara, gilədən qanlı ifrazatın gəlməsi, qoltuqaltı nahiyədə limfa düyününün əllənməsi və s.
– Süd vəzi xərçənginin müalicəsində hansı müayinələr vacibdir?
– Xərçəng diaqnozu təsdiqləndikdə növbəti mərhələ digər orqanlarda metastaz olub-olmamasını araşdırmaqdır. Çünki  süd vəzi xərçəngi sistem xəstəlik kimi qəbul edilir, başqa sözlə desək, hüceyrə səviyyəsində yayılma potensialı olan xəstəlikdir. Bunun  üçün müəyyən müayinələr aparılır – KT, MRT, sümüklərin müayinələri, PET-CT və s.
– Süd vəzisinin xərçəngi diaqnozu üçün götürülən biopsiya orqanizm üçün təhlükəlidirmi? Bəzən deyirlər ki, bu xəstəlik yoxdursa, biopsiya götürülməsi xərçəngə səbəb ola bilər və ya xərçəng varsa, onun irəliləməsinə gətirib çıxarır. Həkim bu fikirlərə aydınlıq gətirərdiniz?
– Süd vəzidə istənilən məqsədlə aparılan biopsiyanın heç bir təhlükəsi yoxdur. Onkoloji nöqteyi nəzərdən şişin yaranması və yayılmasına təsir etmir. Gec, yayılmış halda şişlə müraciət edən pasiyentlərdə  xəstəliyin irəliləməsi sürətlə baş verdiyi üçün belə yalnış fikir formalaşıb.
– Süd vəzi xərçəngi riski kimlərdə daha yüksəkdir?
– İlk növbədə ailədə bu problem yaşanan şəxslərdə. Əgər doğmalarında süd vəzi xərçəngi olubsa, bu xanımlar risk qrupuna daxildir. Həmçinin, digər şiş növləri də var ki, genetik olaraq süd vəzi xərçəngi riskini artırır. Məsələn, yumurtalıq xərçəngi. Belə ailələrdəki fərdlər daha xiqqətli olmalı, mütəmadi müayinə olunmalıdırlar.
– Süd vəzi xərçəngi sağalma nisbətinə görə digər xərçəng növlərindən necə fərqlənir? Yəni daha çox müalicə olunandırmı?
– Ümumiyyətlə, xərçəngin sağalma göstəriciləri onkologiyada ilk növbədə mərhələdən asılı olur. Ona görə də 1-ci mərhələli süd vəzi xərçənginin proqnozu, yəni müalicə nəticələri, çox yaxşıdır-90-95% civarındadır. Bu, o deməkdir ki, erkən mərhələdə aşkar olunan şişlərdə praktiki sağalma görürük. Lakin, bu o demək dryil ki, 2 yaxud 3cü mərhələdəki pasientlərdə bunu görə bilmirik.Bu məthələlərdə uzun illərdir xəstəliksiz yaşayan pasientlərimiz var.   Süd vəzi xərçəngi müalicəyə yaxşı tabe olan şişlərə aiddir, müasir onkologiyada ənənəvi kimyaterapiya, hormon müalicəsindən əlavə "akıllı ilaç" dediyimiz bir çox dərman vasitələri var ki, bu xəstəlikdə çox uğurlu nəticələr əldə etməyə imkan verir.
– Ana olmaq, süd vermək nə dərəcədə xərçəngdən qoruyur?
– Ümümiyyətlə, laktasiya prosesi ( südvermə) qadın orqanizminə müsbət təsir edir, eləcə də süd vəzi toxumasına. Lakin cəmiyyətdə belə bir fikir formalaşıb ki, qadın 2 yaşına kimi süd veribsə, o artıq xərçəngdən sığortalanmış sayılır. Yaxud əmizdirmə mövcud olan düyün və kistlərin "sorulmasına" səbəb olacaq. Təəssüf ki, bu belə deyil. Laktasiya vacibdir, yaxşıdır, lakin heç bir xəstəliyin sığortası deyil.
– Mastopatiya xərçəngə  keçirmi?
-Xeyr, keçmir. Mastopatiya bildiyimiz formada xəstəlik də deyil. Əksər hallarda sadə kistlərlə müşahidə olunur ki, onlafın daheç bir riski yoxdur. Xərçəng baxımından yüksək riskli bəzi  dəyişikliklər vardır, o da atipik proliferasiyalı papillomalar, atipik duktal hiperplaiyalar, sklerozlaşan adenoz və s. Bu dəyişikliklər müayinələrdə  aşkar olunur, lakin  özünü fərqli şəkildə göstərə bilir. Bu zaman pasiyentdə  USM, mammoqrafiya,  biopsiya, gərəkirsə MRT aparılır.
– Kişilərdə də süd vəzi xərçəngi hallarına rast gəlinirmi?
– Bəli, kişilərdə də süd vəzi xərçəngi inkişaf edə bilir, rastgəlmə tezliyi təqribən 1%-dir. Müayinə və müalicə planı eynilə qadınlardakı kimidir. Sadəcə kişilərdə böyük əksəriyyətlə hormon-pozitiv şişlər təsadüf edir. Zamanında aşkarlanıb müvafiq müalicə aparıldıqda proqnozu qənaətbəxş olur. Kişilərdə inkişaf edən süd vəzi xərçənginin genetik olma ehtimalı yüksək olduğundan bu hallar  mütləq araşdırılmalıdır.
– Lazer epilyasiyası ilə bağlı qadınları narahat edir ki, bu şiş xəstəliklərinə səbəb ola bilərmi? Həmçinin mastopatiyası olan şəxslərdə və ya onkoloji müalicə alanlarda epilyasiya hansısa fəsad yarada bilərmi?
– Lazer epilyasiyası mastopatiyası olanlar üçün əks göstəriş deyil. Heç bir onkoloji riski yoxdur və rahatlıqla tətbiq edilə bilər. Yalnız pasient hazırda kimyəvi terapiya və şüa müalicəsi alırsa, həkimi ilə məsləhətləşməli, çünki dəri reaksiyası verə bilər. Onkoloji müalicəsini bitirmiş pasientlər də rahat istifadə edə bilərlər.
– Solyari və ya günəş altında qaralma onkoloji problemlərə gətirib çıxara bilərmi?
– Dəri xərçəngi və melanoma üçün bu sözsüz ki, mühüm risk faktorudur. Xüsusilə ağbəniz olanlara, dəridə müxtəlif anadangəlmə xalları olan şəxslər çox diqqətli olmalıdır.  Yalnız süd vəzi xərçəngi üçün belə demək olmaz. Əlbəttə, süni zaqar və bilavasitə aktiv günəş şüalarına məruzqalma orqanizmə mənfi təsir edir. Azərbaycan üçün ən doğru günəşlənmə saatları səhər saat 10-a kimi və axşam saat 17:00-dan sonradır. Hazırda onkoloji müalicə alan pasiyentlər solyari və aktiv zaqardan uzaq durmaqları tövsiyə olunur, çünki bu arzuolunmaz reaksiyalar verə bilər. Həmçinin bu müalicəsini yeni başa vurmuş pasiyentlərə də aiddir.
– Hər hansısa hormonal preparatlar riski artırırmı?
Hormonal preparat dedikdə, əsasən estrogen tərkibli dərman vasitələrini nəzərdə tuturuq. Çünki estrogen – qadın hormonudur və züd vəzi xərçənginin inkişafında böyük rolu vardır. Ümumiyyətlə, biz mammoloqlar  estrogen-mənşəli hormonal terapiyanı dəstəkləmirik. Çünki bir çox hallarda pasientdə  süd vəzi yoxlanılmadan bu həblər təyin olunur ki, sonra müəyyən problemlərlə üzləşirik. Uzun illər oral kontraseptivlərin qəbulunun süd vəziyə necə təsir gpstərdiyi barədə araşdırmalar da mübahisəli nəticələr verir. Ona görə də yüksək doz estrogenlərdən xüsusi göstəriş olmadan uzaq olmaq daha məqsədəuyğundur.
– Süd vəzi xərçəngindən necə qorunaq?
-Ən doğru  yol mütəmadi müayinə olunmaqdır. Lakin burada hansı müayinənin pasiyentdə daha etibarlı olacağını yalnız mütəxəssis deyə bilər. Qəbul olunmuş standartlara görə, 39 yaşdan başlayaraq mammoqrafiya məsləhət görülür. Lakin burada da bəzi istisnalar var. Ailəvi risk və süd vəzi quruluşundan dolayı mammoqrafiya bəzi hallarda məqsədəuyğun olmaya bilər. Bu səbəbdən həkim-onkoloq-mammoloq müayinəsi mütləqdir. Qidalanmamıza fikir vermək, bədən-kütlə indeksini nəzarətdə saxlamaq, aktiv həyat tərzi sürmək, mümükün olduqca hormonal, xüsusilə estrogen mənşəli preparatlardan uzaq olmaqda fayda var. Siqaretçəkmə, transyağlarla zəngin qidalanma riski artırır. Ailədə süd vəzi xərçəngi olan xanımlar daha erkən yaşlarda müayinə olunmalı – 25 yaşdan etibarən, mümkünsə genetik testlərdən keçməlidir. Lakin özümüzü sığortalamağın yeganə yolu doğru və zamanında aparılmış müayinədir.

Sağlamlıq       Tarix: 29 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler azerbaycan son xeber bugünkü son xəbərlər son xəbər