Sudanda ələ keçirilən laboratoriyada vəba və vərəm nümunələri SAXLANILIR
Sudanda münaqişə tərəflərinin ələ keçirdiyi mərkəzi laboratoriyada vəba və vərəm nümunələri saxlanılır.
KONKRET.azxarici KİV-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Şərqi Aralıq dənizi Regional Bürosunun direktoru Əhməd əl-Mandxari deyib.
Onun sözlərinə görə, Xartumdakı xəstəxanaların və mərkəzi səhiyyə laboratoriyasının ələ keçirilməsindən sonra səhiyyə infrastrukturuna hücumlar güclənib.
Mandxari qeyd edib ki, laboratoriyada qızılca, vəba, vərəm və digər təhlükəli nümunələr var. ÜST narahatdır ki, təlim keçməmiş insanlar bu cür yoluxucu nümunələr vasitəsilə özlərini və sonra da başqalarını yoluxdura bilər.
Xatırladaq ki, aprel ayında Sudanda silahlı qarşıdurma başlayıb. 400-dən çox insan döyüşlərin qurbanı olub. ÜST aprelin 25-də dövlət laboratoriyasının ələ keçirildiyini elan edib.
Münaqişə tərəfləri atəşkəs haqqında razılığa gəliblər.
İqbal Rzayev,
KONKRET.az

Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
İlham Mayılov vəfat etdi
Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı