"Sülh müqaviləsi üçün son variant masaya qoyula bilər" - Vaşinqton görüşünün təxirə salınması ilə bağlı AÇIQLAMA

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda gözlənilən görüşü təxirə salınıb. Rəsmi İrəvan iddia edir ki, görüşün təxirə salınmasını rəsmi Bakı istəyib. Amma Dövlət Departamenti və rəsmi Bakı görüşün təxirə salındığını elan etsə də, bunun səbəbini açıqlamayıb. Bəs görəsən, Vaşinqton görüşü hansı səbəblərdən təxirə salına bilər? Bu, iki tərəfin razılığı əsasında baş verib yoxsa Azərbaycan görüşü ertələyib?
Samir Hümbətov
Mövzunu KONKRET.az-a şərh edən politoloq Samir Hümbətov bildirib ki, görüşün Azərbaycan tərəfinin təkidi ilə təxirə salınması mümkündür və bu, istisna deyil: "Ola bilər ki, bəzi məsələlər üzərində müzakirələrin aparılması vacibdir. Çünki burada qərarı təkcə xarici işlər nazirləri vermir. Əsas olan liderlərin müzakirəsi və onların verdiyi qərarlardır. Görünür, birinci Vaşinqton görüşündə ciddi müzakirələr aparılıb və nəticələr əldə olunub. Buna rəğmən birinci Vaşinqton görüşündən sonra verilən açıqlamalarda qeyd olunurdu ki, bəzi məsələlərdə qaranlıq məqamlar hələ də qalıb. Yəni görünən odur ki, bu qaranlıq məqamların aydınlaşdırılması üçün görüş təxirə salınıb".
Samir Hümbətovun sözlərinə görə, bu məsələdə söhbət tərəflərin öz aralarında apardığı müzakirələrdən gedir: "Yəqin ki, Azərbaycan tərəfi bəzi məsələlərin müzakirəsini daha dərindən aparmaq istəyir. Ona görə də, rəsmi Bakının görüşü təxirə salması mümkündür. Amma hər bir halda ikinci Vaşinqton görüşü baş tutacaq. Bunun üçün müəyyən zaman lazımdır. Fikrimcə, əsas məsələlərdə razılıq əldə olunub. Qalan xırda detallar da yekunlaşmalıdır ki, sülh müqaviləsi üçün son variant masaya qoyula bilsin".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Siyasi       Tarix: 10 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev bu şirkətlərin rəhbər şəxslərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxal

Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Pakistan Xarici İşlər Nazirliyi Azərbaycanı 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyi bu barədə X-da paylaşım edib. "Azərbaycan Respublikasının Hökumətin

Azərbaycan Ordusu buna görə əməliyyatlara başladı – "3 il gözlədik, olmadı"

"Azərbaycan antiterror əməliyyatınadək kifayət qədər səbirli və təmkinli davranıb. Ermənistan, separatçı qüvvələr və onları dəstəkləyən tərəflərə dəfələrlə aydın mesajlar verib ki, məsələlər dinc yolla və qan tökülmədə

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"

Azərbaycan Pakistana başsağlığı verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanda törədilən terror aktında çoxsaylı insan ölümü ilə bağlı bu ölkəyə başsağlığı verib. xəbər verir ki, bununla bağlı XİN-in "X"dəki hesabında paylaşım olunub. "Pakistanı

"Atəşkəs var" deyən Tramp, "razılaşma yoxdur" deyən Zelenski – Ukraynada nə baş verir?

ABŞ Prezidenti Donald Trampın Ukraynada elan etdiyi "enerji atəşkəsi"ni tərəflər fərqli şəkildə başa düşür. xəbər verir ki, bunu ukraynalı ekspertlər açıqlamalarında bildiriblər. Sentyabrın 14-də Donald Tramp Ukrayn

İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,

Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR

Belçikanın paytaxtı Brüsseldə ictimai yerlərdə tətbiq olunan alkoqol qadağasının müddəti daha 4 il uzadılıb. xarici mətbuata istinadən xəbər verir ki, Belçikanın rəsmi xəbər agentliyi "Belga"nın məlumatına görə


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeber.az xeberlər cəbhədən son xeber krimnal xeber