Sülh müqaviləsindən sonra nə baş verəcək? - AÇIQLAMA
"Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bu gün aktuallıq kəsb edir. Lakin kənar qüvvələr, sülhü istəməyən güc mərkəzləri də fəaliyyətə keçiblər".
Bunu KONKRET.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
İlyas Hüseynov, politoloq
Politoloqun fikirincə, Azərbaycan və Ermənistan arasında birgə dialoq nəticəsində bir sıra problemləri həll etmək mümkündür:
"Azərbaycanla Ermənistan arasında birgə bəyanat da bunu deməyə əsas verir. İkitərəfli dialoq vasitəsilə bir sıra məsələlərin həlli yeni prioritetlər formalaşdırır. Məhz bu səbəbdən Qərb ilin sonunda da, gələn ilin əvvəlində də çalışacaq ki, sülh müqaviləsi imzalanmasın. Azərbaycan çox istərdi ki, növbəti ilin 7 fevral tarixinə müəyyən edilən prezident seçkilərinə qədər Ermənistanla sülh müqaviləsi imzalansın. Bu tarixi hadisə həm də prezident seçkilərində torpaqlarımızın işğaldan azad olunması və yeni reallıqların yaranmasının müəllifi İlham Əliyevin təntənəli qələbəsilə xatırlansın. Bu əlbəttə ki, xalqımızın da istəkləri ilə üst-üstə düşür. Digər tərəfdən, növbəti ildə, hətta fevraldan sonra da sülh müqaviləsini imzalamaq mümkündür. Əsas siyasi iradə olmalı, siyasi səriştə nümayiş etdirilməli, qəti mövqe ortaya qoyulmalıdır. Kənar qüvvələr Ermənistanı alət kimi istifadə etməyə çalışacaqlar. Belə bir görüntü yaradacaqlar ki, zəif Ermənistan güclü Azərbaycanla sülh müqaviləsi imzalamamalıdır. Bu, növbəti kapitulyasiya anlamı verə bilər. Bu kimi spekulyativ anlar olacaq. Digər tərəfdən, əgər sülh müqaviləsi imzalanacaqsa, həm sərhədlərin delimitasiyası, həm də iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması da razılaşdırılacaq. Qeyd etdiyim mövzular sülh müqaviləsindən sonrakı mərhələni əhatə edəcək. Çünki çox ciddi və kifayət qədər vaxt aparan məsələdir və anklavların qaytarılması məsələsi də öz həllini tapacaq. Ümumi mənzərə belə deməyə əsas verir".
Vəli Həsənov,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda