Sülh sazişi üzərində işi davam etdirməyə hazırıq

Sülh sazişi üzərində işi davam etdirməyə hazırıqRegionda sabitliyə və inkişafa xidmət edən bu məqsədlərə indiyə qədər susqun qalan beynəlxalq qurumlar tərəfindən də nəhayət əhəmiyyətli addımlar atılmalıdır. Ermənistan işğalçı dövlətdir, bu gün bəzən etiraf etmək istəməsələr də artıq bunu dünya birliyi də bilir.
Ermənilər 30 ilə yaxındır ki, torpaqlarımızı işğal altında saxlayırdı və danışıqlar yolu ilə geri qaytarmaq istəmirdi. Azərbaycanın heç bir zaman başqasının torpağında gözü olmayıb. Azərbaycan yalnız tarixən ona məxsus olan torpaqların geri qaytarılmasını, daha doğrusu ədalətin bərpa olunmasını tələb edirdi. İllər boyu aparılan danışıqların isə heç bir nəticə vermədiyini görən Azərbaycan dövlətinin rəhbəri və xalqımız bilirdi ki, düşmən torpaqlardan sakitliklə çıxmayacaq. Çünki ermənilər durmadan bölgələrimizi atəşə tutur, dinc əhaliyə xəsarət yetirirdilər. Aparılan danışıqlar və onun formatı faktiki olaraq münaqişənin dondurulmasına xidmət edirdi.  Ölkəmizin paytaxtı Bakı şəhəri növbəti dəfə beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi edib.
Oktyabrın 11-də Bakı şəhərində MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları rəhbərləri Şurasının 53-cü iclası keçirilib. Belə bir tədbirin məhz Bakı şəhərində keçirilməsi ölkəmizə olan inam və etimadın bir təzahürüdür. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edib. Görüşdə Rusiya Federasiyası, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan xüsusi xidmət orqanlarının və MDB-yə üzv dövlətlərin Antiterror Mərkəzinin rəhbərləri iştirak ediblər. Görüşdə qeyd edilib ki, Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib. Bütün istiqamətlər üzrə və təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində ölkələrin xüsusi xidmət qurumları arasında sıx təmaslar mövcuddur. Hazırda dünyada təhlükəli tendensiyala və təhdidlər artır və yeni qeyri-sabitlik ocaqları yaranır. Buna görə də qurumlar arasında daim operativ informasiya mübadiləsi aparmaq zəruridir. Bu gün informasiya, o cümlədən onun qəbul edilməsi və ona reaksiya verilməsi baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycanın Qarabağ bölgəsindəki münaqişənin kökləri və tarixinə toxunan Prezident İlham Əliyev bildirdi ki, illər boyunca Azərbaycan bütün vasitələrlə münaqişəni sülh yolu ilə həll etməyə çalışıb. 
Ölkəmiz ATƏT-in himayəsi altında uzunmüddətli və nəticəsiz danışıqlar prosesində iştirak edib. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının erməni qüvvələrinin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, onlar əməldə yerinə yetirilmədi, kağız üzərində qaldı.
Öz fəaliyyəti ilə rəsmi İrəvanın təxribatçı siyasəti müharibəni qaçılmaz etdi. Ermənistanın təxribatları və hərbi cinayətləri 2020-ci ilin sentyabrında 44 gün davam edən, Ermənistan ordusunun tamamilə darmadağın olması və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə nəticələnən İkinci Qarabağ müharibəsinin başlanmasına gətirib çıxardı. Azərbaycan əzəli torpaqlarını işğaldan azad etdi. 2020-ci il noyabrın 10-da Rusiya Federasiyasının və şəxsən Prezident Vladimir Vladimiroviç Putinin vasitəçiliyi ilə keçmiş Dağlıq Qarabağ regionunun ətrafındakı rayonların hələ də işğal altında olan ərazilərinin də Azərbaycana qaytarılmasını, regiona isə Rusiya sülhməramlı kontingentinin yeridilməsini nəzərdə tutan üçtərəfli Bəyanat imzalandı.
Lakin buna baxmayaraq münaqişə tam həllini tapmadı, bölgədə qanunsuz silahlı qüvvələrin qalması, erməni tərəfinin provokasiyaları, ərazilərdə davam edən mina terroru davam edirdi. Bununla əlaqədar Azərbaycanlılar öz torpaqlarında hətta müharibədən sonra həlak olmağa davam edirdilər. İkinci Qarabağ müharibəsi başa çatandan sonra bizim 315 nəfər hərbi və mülki vətəndaşlarımız həlak olub və ağır şəkildə yaralanıblar. Azərbaycan buna göz yuma bilməzdi. 
Həmçinin sentyabrın 9-da qondarma "Dağlıq Qarabağ"ın qondarma hakimiyyət orqanları "seçki" keçirdilər və özlərinə yeni başçı seçdilər. Bu isə mövcud reallıqların tam şəkildə inkar edilməsi demək idi. Ona görə də sentyabrın 19-da Azərbaycana antiterror tədbirləri keçirərək öz suverenliyini tam şəkildə bərpa etdi. Bir sutkadan da az davam edən antiterror tədbirləri nəticəsində Ermənistanın Qarabağdakı ordusu tamamilə tərk-silah edildi, 10-15 min nəfərlik kontingent silahsızlaşdırıldı və ərazimizin üzərində tam nəzarət bərpa olundu. Antirerror tədbirlərinin dayandırılmasından dərhal sonra bölgədə reinteqrasiya proseslərinə başlanıldı. Qarabağın erməni əhalisinin nümayəndələri ilə görüşlər keçirildi.  Bu gün həmin ərazilərdə müvafiq tədbirlər həyata keçirilir və onlar davamlı şəkildə genişləndiriləcəkdir. 
Sülh sazişi üzərində işi davam etdirməyə hazırıq. Erməni tərəfinin Rusiya Federasiyasının vasitəçiliyindən imtina edəcəyi təqdirdə Azərbaycan ilə Ermənistanın xarici işlər nazirləri arasında birbaşa danışıqlar alternativ ola bilər. Bütün digər təkliflər həqiqətə, haqlı mövqeyə və beynəlxalq hüquqa münasibəti nəzərə alınmaqla ölkəmiz tərəfindən təhlil ediləcək.
Separatçı-terrorçu rejimin təxribat hücumlarına başlayacağı gözlənilən idi. Çünki Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ağdam marşrutu vasitəsilə yükləri Xankəndinə aparması separatçıların gələcək mövcudluğunu sual altına salır. Onlar mövcud problemlərini həll etmək üçün Bakının tələbi olan Ağdam-Xankəndi marşrutunun açılmasına razı olsalar da, erməni əhalisinin reinteqrasiyanın qarşısını almağa da çalışırlar. Çıxış yolu kimi isə eskalasiyanın yaranmasına səbəb olacaq terror aktlarının törədilməsini seçiblər. Eskalasiya ilə beynəlxalq diqqəti bölgəyə çəkmək, "Azərbaycan erməni əhalisinə hücum edir" iddiasını irəli sürmək və erməni əhalisi arasında düşmənçiliyi körükləmək istəyirlər. Mülki insanların və polis əməkdaşlarının şəhid olması ilə nəticələnən mina terroru da məhz bu təxribatın tərkib hissəsidir.
Naftalan şəhər sakini  Elyar Cəfərov / azxeber.com

Siyasi       Tarix: 14 oktyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni


azerbaycan xeberleri yeni xeberler son xeberler axsam az xeberler cəbhədən son xəbərlər 2026 xeber saytlari