Sülhlə bağlı VACİB AÇIQLAMA: "Paşinyan bunları dəyişməsə, müqavilə imzalanmayacaq"

Sülhlə bağlı VACİB AÇIQLAMA: Paşinyanın ziddiyətli bəyanatları təkcə Azərbaycanda deyil, Ermənistanda da birmənalı qarşılanmır. Onun hər dəfə bir-birini təkzib edən fikirləri siyasi naşılığın əlaməti hesab olunur. 2022-ci ildə Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyan Ermənistanın baş nazirinin sonrakı dövrdə bəzi çıxışları dediklərinin əksinədir.
KONKRET.az-a açıqlama verən ermənişünas alim Qafar Çaxmaqlı bildirib ki, Paşinyan Azərbaycanın 86,6 min kv.km ərazisini tanıdığını bir neçə dəfə bəyan edib:
Sülhlə bağlı VACİB AÇIQLAMA: "Amma Azərbaycan Ermənistanın 29,8 kv.km-lik ərazisini rəsmən tanımayıb. Çünki bu sərhədlər şərti sərhədlərdir. SSRİ vaxtı adminstrativ sərhədlər var idi. İndi iki dövləti ayıran həmin sərhədlər tam dəqiqləşmədiyindən şərti sərhəd hesab olunur. Həmin sərhədlərdə demarkasiya və delimitasiya işləri aparılmalıdır. Sərhədlərin müəyyənləşməsi başa çatandan sonra digər problemlər də gündəmə gətiriləcək. Çünki Qazax rayonunun 4 kəndi geri verilsə də, oradakı daha 3 kəndimiz anklav vəziyyətindədir. Onlar müzakirə predmetidir. Bundan başqa, Kərki kəndi də Ermənistanın işğalı altındadır. Bu məsələlər həmin ərazilərdə demarkasiya prosesləri aparılarkən müzakirə olunacaq və geri qaytarılacaq. Paşinyan Azərbaycan ərazisində olan və Ermənistana aid Gədəbəyin ərazisindəki Başkənddən bəhs edir. Paşinyan son çıxışlarının birində də bu barədə danışdı və dedi ki, biz Artvaşeni (Başkəndi) müzakirə predmeti hesab edirik".
Daha sonra Paşinyanın hər dəfə Alma-Atı bəyannaməsinə istinad etməsinə toxunan ermənişünas alim bildirib ki, SSRİ dağılandan sonra Alma-Atıda bütün respublikaların başçıları toplaşıb bəyannamə imzalayılar:
"Bu, sadəcə bir bəyannamədir, hüquqi sənəd deyil. Ermənistan da buna istinad edərək həmin sənədi sərhədlərin müəyyənləşməsində prinsip kimi qəbul etdi. Əgər Ermənistan Azərbaycana ərazi iddiaları irəli sürmürsə, Qarabağı Azərbaycanın tərkibində tanıyırsa, digər məsələləri də müzakirə nəticəsində və həmin adminstrativ sərhədlər çərçivəsində həllini uyğun görməlidir. Bu prinsip demək olar ki, qəbul edilib. Həmin prinsipə görə, bu məsələ Ermənistanda qanun şəklinə salındı və Konstitusiya Məhkəməsi qərar qəbul elədi. İndi bu prinsipə uyğun şəkildə proseslər davam edir".
Qafar Çaxmaqlı vurğulayıb ki, sülh gündəliyinin müzakirəsi zamanı qarşıya çıxan bəzi məslələr hələ də öz həllini tapmayıb. Söhbət Azərbaycanın Ermənistan qarşısında qoyduğu şərtlərdən gedir:
"Paşinyan son zamanlar dəfələrlə deyib ki, sülh müqaviləsinə uyğun bəzi maddələr razılaşdırılmayıb. Azərbaycanla Ermənistan arasında 17 maddədən ibarət bir sülh paketi var. Orada iki maddə razılaşdırılmayıb. Bu maddələr də razılaşdırılandan sonra, sülh bağlamaqda əngəl qalmır. Azərbaycanın tələbləri var və bu tələblərin yerinə yetirilməsi vacibdir. Əgər Ermənistan öz konstitusiyasını dəyişərək Azərbaycana qarşı ərazi iddialarından imtina etməsə, bu iş baş tutmayacaq. Çünki Konstitusiyasının preampulasında Qarabağdan bəhs edilir və Qarabağ Ermənistan ərazisi kimi göstərilir. Bunlar dəyişməsə, sülhdən söhbət gedə bilməz. Digər məsələlərə gəlincə, ATƏT-in Minsk qrupunun ləğv olunması ilə bağlı Azəzrbaycanın tələbi var. Digər tələblərimiz də var və Ermənistan buna əməl etməlidir. Ən əsas tələblərdən biri sülh danışıqlarında yer almasa da, Zəngəzur dəhlizinin açılmasıdır. Bu məsələ ilə bağlı 2020-ci ilin 10 noyabr bəyannaməsində 9-cu bənd var. Onu Ermənuistan yerinə yetirməlidir. Mənə elə gəlir ki, Ermənistan bunu hələ yerinə yetirməkdən imtina edir. Son zamanlar bir az fərqli variantlar ortaya atılır, və yumşalma var. Amma hələki Ermənistan öz suvernliyi çərçivəsində bunu həyata keçirəcəyini desə də, vədinə əməl etmir".
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 10 fevral 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xeberler cəbhədən ən son xəbər xəbər az krimnal bugun