Sülhməramlılar onlara olan etimadı doğrultmadılar' - Deputat

Sülhməramlılar onlara olan etimadı doğrultmadılar' - DeputatXəbər verdiyimiz kimi, Şuşa-Xankəndi yolundakı aksiya 5-ci gündür ki, davam edir.
Post-müharibə dövründə aşkar olunan minaların istehsal tarixlərinin 2021-2022-ci illərə aid olması göstərir ki, bu yoldan məhz minalar və digər hərbi sursatlar, yüklər daşınıb. 
Aksiya həm də Ermənistanın mina terrorunu dayandırılmasına xidmət edir.
Bəs azərbaycanlı aksiya iştirakçılarının tələbinə Ermənistan tərəfinin cavabı nə olacaq?
Məsələ ilə bağlı azxeber.com-a danışan Milli Məclisin deputatı Vüqar İskəndərov deyib ki, biz xalqımızın gücü hesabına Ali Baş Komandanın rəhbərliyi altında, şanlı ordumuzun qəhrəmanlığı nəticəsində Vətən Müharibəsində qalib olduq:
Sülhməramlılar onlara olan etimadı doğrultmadılar' - Deputat"44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan bölgədə yeni siyasi mənzərə formalaşdırır və Cənubi Qafqazda lider ölkə kimi bir çox məsələləri  diqtə edir. Bu münaqişə 30 ilə yaxın davam etdi və biz dünya birliyindən, beynəlxalq təşkilatlardan, BMT-dən beynəlxalq hüququn zəfər çalmasını gözlədik. Ədalətin bərqara olmasını gözlədik. Amma təəssüflər olsun ki, bu gözləntilər özünü doğrultmadı. Biz öz gücümüz, xalqımızın gücü hesabına Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuzun qəhrəmanlığı, şücaəti nəticəsində Vətən Müharibəsində böyük qələbəmizi qazandıq".
Deputat əlavə edib ki, post-müharibədən sonra hələ də mina partlaması nəticəsində vətəndaşlarımız həlak olur:
"2 il keçməsinə baxmayaraq, hələ də həmin bölgələrdə mina terroru tərəfindən günahsız insanların şəhid olmasının, ölməsinin şahidiyiq. Həmin dünya birliyi özlərinə lazım olan anlarda bir nəfərin burnu qanasa, bütün dünyada hay-həşir qoparırlar. Əfsuslar olsun ki, hazırda 300-ə yaxın insan post-müharibə dövründə mina partlaması nəticəsində ya yaralanıb, ya da həlak olub. Ancaq Azərbaycan öz ərazisində mitinq təşkil edir. İnsanların buradakı silahı yalnız ölkəsinin bayrağıdır. ABŞ, Fransa, Avropa İttifaqı və digər ölkələr bununla bağlı bəyanaatlar verirlər. Necə də absurd və ədalətsiz bir dünyada yaşadığımızın fərqindəyik. Hazırda həmin aksiya 4 gündən artıqdır ki, davam edir və aksiyada iştirak edən insanlar hər gün tələblərinin sayını artırırlar. Bu onların təbii haqlarıdır. Bir neçə gün öncə Kəlbəcərdə 8 nəfərin minaya düşməsi, bir neçə nəfərin şəhid olması artıq bunu deməyə dəlalət edir ki, biz Laçın dəhlizi və həmin ərazilərdə öz postlarımızı qurmalıyıq. Çünki artıq sülhməramlılar həmin etimadı doğrultmadılar. Azərbaycan insanında bir məyusluq var. Biz postlarımızı qurmalı, həmin əraziyə gələn gedən hər şeyi incəliklə baxıb, nəzarət etməliyik. Orada yaşayan vətəndaşlarımızın rahat yaşaması üçün həmin ərazidən terrorçular təmizlənməli, silahlı şəxslər çıxarılmalı, Azərbaycan hüquq-mühafizə orqanları öz mövqeyini formalaşdırmalıdır. Bunun üçün də artıq işə başlanılıb".
Millət vəkili sonda qeyd edib ki, əgər mina təhlükəsi həllini tapmazsa, Azərbaycan öz ərazilərində antiterror əməliyyatları keçirəcək:
"Düşünürəm ki, yaxın zamanlarda bu proseslər öz həllini tapacaq. Ermənistanın müharibədən sonra 2021-2022-ci illərdə basdırdığı minalardan insanlar həlak olur, yaralanır. Bütün bunların qarşısının alınması bu deməkdir ki, adı çəkilən ərazilərdə artıq Azərbaycanın müvafiq dövıət orqanlarının postları olmalı, yoxlamalarda həmin orqanların işçiləri iştirak etməlidirlər. Əks halda Rusiya sülhməramlıları müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərində öz missiyalarını yerinə yetirməyəcəklərsə, Azərbaycan tərəfi həmin ərazilərdə antiterror əməliyyatı keçirmək hüququnu özündə saxlayır. Necə ki, "Qisas əməliyyatı" və ona bənzər bu cür əməliyyatlarla bunu artıq sübut edib. Biz bütün məsələləri dinc yolla, sülh yolu ilə, normal məcrada getmək arzusunda olduğumuzu nümayiş etdiririk. Bunlar təbii ki, öz həllini tapmayacaqsa, təkrarən deyirəm, orada antiterror əməliyyatının keçirilmə hüququnu özümüzdə saxlayırıq. Cənab Prezident nə vaxt məsləhət biləcəksə, həmin anda əməliyyat keçiriləcək və orada bir nəfər belə olsun erməni yaraqlısı qalmayacaq. Yaxud torpaqlarımızda minalar basdırılmayacaq. Bütün bunların qarşısının alınması üçün Azərbaycanın kifayət qədər iradəsi və gücü mövcuddur".
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 17 dekabr 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ceyhun Bayramov İƏT toplantısında çıxış edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Koordinasiya Toplantısında çıxış edib. xəbər verir ki, bu barədə XİN-in "X" hesabında bildirilib. Nazir İƏT-in yeni Baş katib

Azərbaycan Ordusu buna görə əməliyyatlara başladı – "3 il gözlədik, olmadı"

"Azərbaycan antiterror əməliyyatınadək kifayət qədər səbirli və təmkinli davranıb. Ermənistan, separatçı qüvvələr və onları dəstəkləyən tərəflərə dəfələrlə aydın mesajlar verib ki, məsələlər dinc yolla və qan tökülmədə

İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəy

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas

Tramp İlham Əliyevdən sitat gətirdi

Ağ Evin rəhbəri Donald Tramp bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev İrəvan ilə Bakı arasındakı münaqişənin nizamlanmasında amerikalı həmkarının rolunu qeyd edib. xəbər verir ki, bu barədə Tramp Nyu-Yorkda BMT Ba

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - FOTO

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Nyusmaks"a (Newsmax) müsahibəsində

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

10 illik məhkum edilmiş Martin də əfv edildi

Fransaya casusluq ittihamı ilə məhkum olunan Martin Ryan əfv edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M.Ryan bu ilin martında 10 il müddətinə məhkum edilmişdi

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler zelzele kriminal xeber xeberler bugun