Sülhməramlılar öz missiyasını yerinə yetirə bilmir' - Deputat
Artıq bir neçə gündür ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən mövqelərimiz müxtəlif istiqamətlərdə atəşə tutulur. Bu da 11 noyabrda imzalanmış üçtərəfli imzalanmış bəyannamənin pozulması deməkdir.
Belə olan halda Azərbaycan antiterror əməliyyatına başlamalıdır?
Azxeber.com bu sualla Milli Məclisin deputatı Müşfiq Cəfərova müraciət edib.
Millət vəkili sülhməramlıların öz missiyasını yerinə yetirə blmədiyini qeyd edib:
"Artıq ard-arda bir neçə gündür mənfur düşmən atəşkəsi pozur. Bunun nəticəsində hətta hərbçilərimizdən 1 nəfər də yaralanıb. Bunlar bir daha aydın şəkildə göstərir ki, bölgədə olan sülhməramlılar öz missiyasını yerinə yetirə bilmir. Cəbhə bölgəsində gərginlik davam edir.
Dövlətimiz uzun illər münaqişənin sülh və dinc yolla həllinə çalışdı. Lakin nəticə olmadığından və tez-tez atəşkəsin pozulması 44 günlük Vətən müharibəsi və zəfərlə nəticələndi. Görünən odur ki, Ermənistan hakimiyyəti və terrorçuları 44 günlük müharibədən heç bir nəticə çıxartmayıb. Çox təəssüf ki mənfur qonşumuz hər vəchlə regionda sülhü gecikdirir və mane olur. Bu məsələ region dövlətlərini və bütün beynəlxalq təşkilatları narahat etməlidir. Ölkə başçısı dəfələrlə dünya birliklərini sülhün təminatında iştirak etməyə dəvət edib.
Deputat deyib ki, Ermənistan sülhə maraqlı deyil:
"Bu gün atəşkəsin pozulması bir daha sübut edir ki, nə həmin təşkilat və qurumlar, nə də ki Ermənistandakı hakimiyyət Qafqazda sülhə maraqlı deyillər. Biz hər zaman dünya birliyinin qəbul etdiyi qanunlara hörmətlə yanaşmışıq və icrasından boyun qaçırmamışıq. Cənab prezident dəfələrlə qeyd edib ki, Ermənistan terrorçu niyyətindən əl çəkməsə biz antiterror əməliyyatına başlayacağıq. Regionda sülh, sabitliyin bərpa olunmasına mane olan terrorçular cəzalandırılmalıdır. Qarabağ Azərbaycan ərazisidir, sülhməramlılardan başqa kimin əlində silah varsa və bu silah ordumuza doğrulursa həmin an tərki silah olunub, cəzası verilməlidir".
Günel Hüseynli

Seymur Cəfərov vəfat etdi
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Prezident sərəncam imzaladı
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir
Bakıda 16 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Arvadını döydüyünə görə 6 ay maaşından pul tutulacaq - Detallar
27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi