Sülhsevər Azərbaycanın 'dəmir yumruğu' yerindədir

Sülhsevər Azərbaycanın 'dəmir yumruğu' yerindədirAzərbaycanda dövlət başçısının düşünülmüş siyasəti nəticəsində, ölkəmizdə sabitlik qorunub-saxlanılır, iqtisadi islahatlar getdikcə dərinləşir, dövlətimizin gücü və beynəlxalq nüfuzu durmadan artır. Həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış siyasət nəticəsində Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib və son 19 ildə bütün sahələr üzrə böyük uğurlara imza atıb. Sürətli sosial-iqtisadi inkişafını yaşayan Azərbaycanın əldə etdiyi  uğurlar, tərəqqi onun tarixinə Zəfər yazdı. Bu Zəfər hər bir azərbaycanlının fəxarət duyduğu qürürlandığı bir zamandır. Zəfərimiz bizi bütün dünyaya mübariz, qəhrəman bir xalq olaraq bir daha tanıtmış oldu və tarixi ədalətimiz bərpa olundu. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibə dövründə Azərbaycanın 30 ilə yaxın işğal altında olan torpaqları azad olundu. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin tarixi torpaqlarımıza səfəri və oradan verdiyi mesajlar, aparılan abadlıq-quruculuq işləri inkişafımızı daha da sürətləndirir.
Azərbaycanın tarixi şəhəri, alınmaz qala kimi tariximizə imza atmış Şuşanın işğaldan azad olunması və Zəfər günü tariximizin möhtəşəm səhifəsində yer alıb. Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan Prezidenti İlham Əliyevin tarixi günlərdə işğaldan azad olunan ərazilərimizə səfərləri və bu səfərlər çərçivəsində xalq arasında olması xüsusi önəm daşıyır. Bu günlərdə – tarixi bir gündə Zəfər günündə Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşada olması və oradan verdiyi mesajlar böyük əhəmiyyət daşıyır. "Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı" – deyə çıxışda bildirən Cənab Prezident bu şanlı tarixin bizimlə əbədi olacağını, Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklərini diqqətə çatdırmışdır. "Hər birimiz yaxşı anlayırdıq ki, Şuşasız bizim tam qələbəmiz mümkün olmayacaq", - deyən dövlət başçısı bildirib ki, müharibənin son məqsədi Şuşanı işğaldan azad etməkdir: "Təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır. Ona görə yox ki, Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi. O cümlədən, ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir" Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin noyabrın 8-də Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə Şuşa şəhərinin azad edilməsi müjdəsini verdi. Ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edildi. Qısa bir zamanda şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır.
"Hər dəfə Şuşada olarkən, - mən son iki il ərzində Şuşada on dəfədən çox olmuşam, - hər dəfə Zəfər Yolu ilə Şuşaya yaxınlaşarkən mən və əminəm ki, hər bir insan bir daha hərbçilərimizin qəhrəmanlığını, fədakarlığını, peşəkarlığını görür",- deyən Azərbaycan Prezidenti "Zəfər Yolu" adlandırdığımız yolun cəmi iki ilə yaxındır ki, çəkildiyni qeyd edib:"Qəhrəman övladlarımız dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşıb. Ondan sonra sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla küçə döyüşlərində, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə düşməni məğlub edib, torpağımızdan qovub, üçrəngli bayrağımızı Şuşada qaldırıb. Bu tarixi gündən cəmi iki il keçib və iki il ərzində bir çox hadisələr baş verib".
Heç şübhəsiz ki, Zəfər günündə Prezident İlham Əliyevin Ermənistanın havadarlarına ünvanladığı mesajlar da dövlət başçısının qətiyətli mövqeyini bir daha ifadə etmiş oldu. Prezident İlham Əliyevin erməni xalqına ünvanlandığı mesajlarda bölgəmizdə sülhün və sabitliyin təmin edilməsinə çağırış Azərbaycanın sülhsevər siyasətinə dəlalət edir. Azərbaycan müharibə istəmir, əks təqdirdə "dəmir yumruq" həmişə yerindədir. "İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək", - deyən Prezident bildirib ki, "istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, bizim yumruğumuzu bir daha görəcək və son iki ilin tarixi bunu göstərdi". Cənab Prezident onu da qeyd edib ki, bu il "Fərrux" əməliyyatı, "Qisas" əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr - bütün bunlar Ermənistan üçün dərs olmalıdır: "Biz bu dərsi öyrədirik və ümid edirik ki, nəhayət, onlar bunu anlayacaqlar, boyunlarını büküb öz daxili işləri ilə məşğul olacaqlar, bizim torpağımıza göz dikməyəcəklər, Qarabağa göz dikməyəcəklər. Qarabağ bizim torpağımızdır".
Müstəqillik tariximizdə ölkəmizin etibarlı tərəfdaş olması, təhlükəsizliyə, sabitliyə, tolerantlığa və s. verdiyi töhfələrin məntiqi nəticəsidir ki, Azərbaycan beynəlxalq ictimaiyyətin nüfuzlu üzvünə çevrilərək BMT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası kimi beynəlxalq qurumların üzvü oldu. Belə bir nüfuza sahib olan Azərbaycana dünyanın istənilən qitəsindən nəzər saldıqda Odlar Diyarındakı həyat böyük marağa səbəb olur. 
Fizuli Həsənov, "Milli Qəhrəmanları Tanıtma" İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri / azxeber.com

Siyasi       Tarix: 14 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

Azərbaycan Ordusu buna görə əməliyyatlara başladı – "3 il gözlədik, olmadı"

"Azərbaycan antiterror əməliyyatınadək kifayət qədər səbirli və təmkinli davranıb. Ermənistan, separatçı qüvvələr və onları dəstəkləyən tərəflərə dəfələrlə aydın mesajlar verib ki, məsələlər dinc yolla və qan tökülmədə

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman

10 illik məhkum edilmiş Martin də əfv edildi

Fransaya casusluq ittihamı ilə məhkum olunan Martin Ryan əfv edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M.Ryan bu ilin martında 10 il müddətinə məhkum edilmişdi

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir


azerbaycan xeberleri son xeberler yeni xeberler az xeber son xeberler az cebheden xeber son xəbərlər