Sülhün prinsipial şərtləri

Sülhün prinsipial şərtləriHər kəs gözəl bilir ki, qalibiyyətlə sona çatmış Vətən müharibəsinin əsas qəhrəmanları Azərbaycan xalqı, rəşadətli Azərbaycan Ordusu, dövlətimizə, xalqa və silahlı qüvvələrə böyük məharətlə rəhbərlik etmiş ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevdir. Müzəffər ordumuz işğal olunmuş əraziləri düşmən tapdağından azad etmək üçün ildırımsürətli müharibə aparmış, xalq və cəmiyyət yumruq kimi birləşərək orduya dəstək vermişdir. 
Xatırlatmaq lazımdır ki, dövlət başçısı Vətən müharibəsi dövründə xarici kütləvi informasiya vasitələrinə müsahibələri böyük dövlətlərdən gələn siyasi təzyiqləri neytrallaşdırmış, ölkəmizə qarşı aparılan informasiya müharibəsini zərərsizləşdirmişdir. Vətən müharibəsinin getdiyi gərgin günlərdə Prezident cənab İlham Əliyev hər zaman olduğu kimi yenə də birmənalı olaraq Azərbaycan xalqının düşünən beyni və danışan dili olmuşdur. Bu mənada Prezidentin xarici KİV nümayəndələrinə verdiyi 30-a yaxın parlaq müsahibənin milli yaddaşımızı yaşatmaq baxımından müstəsna tarixi əhəmiyyəti qeyd edilməlidir. Dövlət başçısı dərin məzmunlu müsahibələri ilə erməni tərəfinin Qarabağ problemi ətrafına çəkdiyi yalanlar səddini dağıtmış, erməniləri himayə edən şər qüvvələri bütün dünyanın gözü qarşısında ifşa etmişdir. Onu da qeyd edim ki, bütün bunlar Azərbaycanın iradəsi, dövlət-xalq-ordu və Ali Baş Komandanın birliyinin nəticəsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin iyulun 22-də Şuşada növbəti dəfə "Euronews" televiziyasına müsahibə verib. Yeri gəlmişkən, dövlət başçısının müsahibəsi bölgədə cərəyan edən son proseslər fonunda sülh gündəliyinə, Qarabağın erməni icmasının reinteqrasiyasına və üçüncü tərəflərin regionda situasiyaya təsirlərinə konseptual baxışın bir daha dəqiqləşməsi baxımından mühüm hadisədir.
Vurğulamaq istəyirəm ki, müsahibədə ən diqqətçəkən məqam Azərbaycanın qalibiyyətinin qəbul edilməsi ilə bağlıdır. Azərbaycan Prezidenti isə bu qalibiyyəti, əslində, beynəlxalq ədalətin bərpası, beynəlxalq hüquq prinsiplərinin bərqərar olunması prizmasına salır.
Cənab İlham Əliyevin müsahibəsində də dediyi kimi, "Azərbaycan ədaləti və ərazi bütövlüyünü bərpa etdi. Müharibə uğurla başa çatdı".
Müsahibənin məqamlarından biri də dövlət başçısının bölgədə yeni reallıqların yaradıcısı və qalib lider kimi Qarabağın erməni sakinləri və Ermənistan əhalisinə müraciəti oldu. Çağırışda iki vacib istiqamət nəzərə çarpır: Birincisi, Qarabağdakı ermənilər ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına, yoxsa Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Dövlət başçısı bəyan etdi ki, "Qondarma ölkədə yaşayırlarmış kimi davransalar, bu gün olduqları vəziyyət onların xeyrinə dəyişməyəcək". İkincisi, Ermənistan erməniləri isə anlamalıdır ki, Azərbaycan sülh arzulayır. Ermənilər artıq reallıqların fərqinə vararaq hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etməlidirlər.
Dövlət başçımızın müsahibəsində jurnalistin sülühün  şərtləri ilə bağlı toxunduğu bir məqama da münasibət bildirib: " Əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək və əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda tezliklə sülh variantını tapa bilərik".
Sonda vurğulamaq istəyirəm ki, əlbəttə böyük sülh sazişinin imzalanması Cənubi Qafqaz regionunun bütün subyektləri üçün həm geosiyasi, həm də geoiqtisadi baxımdan daha əlverişli şərait yaradacaq, burada yaşayan bütün xalqların rifah içində firavan gələcəyini təmin edəcəkdir. 
İlham Qayıbov,
Qarabağ Müharibəsi Əlilləri, Veteranları ve Şəhid Ailələri İctimai Birliyinin Binəqədi rayon filialının sədri, 2-ci qrup Qarabağ müharibəsi əlili

Siyasi       Tarix: 03 avqust 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ


yeni xeberler azerbaycan xeberleri son xeberler son.xabar xeberler bu gun xəbər son xeberler bugun 2026 canli