Sultan Akimbekov: "KTMT və onun üzvü olan hər bir dövlətin səmimi münasibətlərini ayırmaq lazımdır

Sultan Akimbekov: "KTMT və onun üzvü olan hər bir dövlətin səmimi münasibətlərini ayırmaq lazımdırSultan Akimbekov: "KTMT və onun üzvü olan hər bir dövlətin səmimi münasibətlərini ayırmaq lazımdır"
Düşənbədə keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Xarici İşlər Nazirləri Şurasının iclası zamanı Azərbaycanla Ermənistan arasındakı sərhəddəki vəziyyət müzakirə olunub.
Bu məsələ erməni tərəfinin təşəbbüsü ilə qaldırılıb və onun məyus olması ilə nəticələnib.
KTMT Katibliyi (bu ittifaqa Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir) təşkilatın baş katibi Stanislav Zasın sözlərindən sitat gətirən bir açıqlama yayıb. Belarus generalı faktiki olaraq Rusiyanın mövqeyini təsdiqləyib.
Açıqlamada bildirilib ki, KTMT vəziyyətin inkişafını həyəcanla və diqqətlə izləyir, eyni zamanda "Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan tərəfləri arasında başlayan danışıqları" alqışlayır.
Bundan əlavə, Stanislav Zasın sözlərinə görə, KTMT "10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmanın həyata keçirilməsinə alternativ olmadığını" qeyd edir.
Bu isə o deməkdir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistana hər hansı bir hərbi yardımından söhbət gedə bilməz.
Bunu tanınmış qazaxıstanlı politoloq, tarixçi və şərqşünas, Qazaxıstan Respublikasının Birinci Prezidentinin Fondu yanında Dünya İqtisadiyyatı və Siyasəti İnstitutunun keçmiş direktoru Sultan Akimbekov Caliber.Az-a verdiyi müsahibədə bir daha təsdiq edib.
O, bildirib ki, KTMT hər zaman dəqiq bir mövqe tutur, təşkilatı bu və ya digər formada cəlb etmək istədikləri münaqişələrlə bağlı heç bir sərt addım atmır.
"KTMT əsasən çox spesifik xarakterli problemlər, məsələn, Əfqanıstan problemi ilə bağlı cənub sərhədlərinin qorunması üçün yaradılıb. İndi sözsüz ki, bütün məsələlər genişləndirilmiş formatda şərh olunsa da, ümumi yanaşma əvvəlki kimi qalır.
KTMT, onun təhlükəsizlik sahəsindəki anlaşılan siyasi prioritetlərini və təşkilatın üzvü olan hər bir dövlətin səmimi münasibətlərini ayırmaq lazımdır. Məsələn, NATO-da da vəziyyət eynidir. Şimali Atlantika İttifaqının öz siyasi gündəmi, ancaq NATO ölkələrinin də öz mövqeləri var", - deyə politoloq qeyd edib.
Ekspert əlavə edib ki, hazırda Azərbaycan və Ermənistan sərhədində ciddi kəskinləşmə müşahidə olunmur. Odur ki, KTMT ölkələri Rusiyanın mövqeyini dəstəkləyirlər. /oxu.az

Siyasi       Tarix: 19 may 2021
f Paylaş

Oxşar xəbərlər

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm


azerbaycan xeberleri yeni xeberler son xeberler kriminal xeberler sonxəbər cəbhədən ən son xəbərlər metbuat