Sumqayıta uçan təyyarə yeyib-içməyin qurbanı olub: 46 il əvvəl baş verən aviaqəzanın TƏFƏRRÜATI - FOTO
Sumqayıta uçan təyyarə yeyib-içməyin qurbanı olub: 46 il əvvəl baş verən aviaqəzanın TƏFƏRRÜATI - FOTO
Hacıqabuldan Sumqayıta hərbi yük aparan "An-8" tipli təyyarə normal hava şəraitində havaya qalxır. Həmin gün Abşeron yarımadasında hava soyuq olsa da, günəşli idi. Ekipaj ən geci yarım saata Nasosnıya (indiki Tağıyev qəsəbəsi) enməyi planlaşdırırdı.
Lent.az Sumqayıtda 46 il əvvəl baş verən aviaqəzanın təfərrüatını təqdim edib.
Heyət düşünürdü ki, həftəsonu olduğundan həm də hava soyuq olduğu üçün yaxşı yeyib-içmək lazımdır. Lakin harada? Bakı, yoxsa Sumqayıt?
Şəhəri seçmək barədə qərara gələ bilməyən zabitlərə təyyarədəki praporşik (gizir) ideya verir: Aerodroma bizdən sonra qırıcı ensə, Bakı, yük təyyarəsi ensə, Sumqayıt. Təklif mübahisəsiz qəbul olunur, lakin...
Təxminən 10 dəqiqə sonra normal kreyser uçuşu vaxtı təyyarənin sağ qanadı qopur və maşın dövrə vuraraq burnu üstə dağa çırpılır. Yeddi ekipaj üzvü həlak olur. Komissiya qanadın qırılmasının səbəbini aşkar edə bilmir.
Xızı dağlarında həyatla vidalaşan hərbi pilotlardan dördü Moskva vilayətinin Klin şəhərində dəfn olunur.
Yeyib-içmək məsələsi müəllifin təxəyyülünün məhsulu olmayıb, rəsmi sənədlər əsasında hazırlanıb. Sovet arxivlərindəki sənədlərdə göstərilir ki, Hacıqabulda xidmət edən pilotlar Bakı və Sumqayıta gedərkən ilk işləri yeyib-içmək olub. Bu da şahid ifadələrində öz təsdiqini tapıb.

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
İsraildən ŞOK HƏDƏ: "Tehranı azad edəcəyik"
Kreml nöqtəni qoydu: "Qara dənizdəki gəmilər məhv ediləcək"