Sumqayıtda müasir Reabilitasiya Mərkəzi istifadəyə verildi - FOTO

Sumqayıtda müasir Reabilitasiya Mərkəzi istifadəyə verildi - FOTOSumqayıtda müasir Reabilitasiya Mərkəzi istifadəyə verildi - FOTO
Prezident İlham Əliyevin tapşırığına əsasən, sosial infrastrukturun müasirləşdirilməsi işləri çərçivəsində daha bir müəssisə - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıt Reabilitasiya Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.
Müəssisənin açılışında Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirov, Sumqayıt İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova iştirak ediblər. 
Əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi üçün ölkədə mühüm işlərin aparıldığını vurğulayan C.Əbdül-Qədirov bu kateqoriyadan olan vətəndaşlar üçün tibbi-sosial reabilitasiya sisteminin müasirləşdirilməsinin də Prezident İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindən olduğunu vurğulayıb. 
O bildirib ki, ötən il nazirliyin Yevlax və Naftalan Reabilitasiya Mərkəzləri, Mərdəkan Reabilitasiya Pansionatı, Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi, bu il isə Lənkəran, Şəki, Xaçmaz, Şirvan Reabilitasiya Mərkəzləri əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Bu gün isə daha bir müasir reabilitasiya müəssisəsi Sumqayıt şəhərində açılır. Bununla cari ildə artıq  beşinci reabilitasiya müəssisəsidir ki, istifadəyə verilir. 
C.Əbdül-Qədirov qeyd edib ki, son illərdə müasir tələblərə uyğun qurulmuş reabilitasiya sistemi tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində yaralanmış hərbçilərimizin yüksək səviyyədə bərpa müalicəsi xidmətləri ilə təminatı baxımından da mühüm baza olaraq xüsusi önəm kəsb edir.
Eyni zamanda, post-müharibə dövründə sosial dəstək tədbirlərindən biri kimi, Reabilitasiya Müəssisələri tərəfindən şəhid ailəsi üzvləri və müharibə iştirakçılarının, o cümlədən, yaralanmış hərbçilərin, onların yaxınlarının, şəhid və yaralı hərbçilərin uşaqlarına sosial-psixoloji xidmətlər də göstərilir.
Protez Ortopedik  Reabilitasiya Mərkəzində isə hərbçilərin yüksək texnologiyalı müasir protezlə, yaralanmış qazilərimizin reabilitasiya vasitələri ilə təminatı işləri aparılır.
Tədbirdə bildirilib ki, Sumqayıt Reabilitasiya Mərkəzində müasir tələblərə uyğun şərait yaradılıb. 22 çarpayılıq nəzərdə tutulan müəssisədə bərpa müalicəsi baxımından effektiv  təsirə malik səmərəli fizioterapevtik üsulların tətbiqi və müasir avadanlıqlardan istifadə olunmaqla il ərzində əlilliyi olan 1500 şəxsə kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstəriləcək.
Mərkəzdə müalicəvi bədən tərbiyəsi, kolonoterapiya, ozonoterapiya, elektrofarez, müalicəvi su hovuzu, buxar otağı və digər yeni prosedurlar tətbiq olunacaq. Reabilitasiya tədbirlərinin gücləndirilməsi məqsədi ilə sosial-psixoloji xidmətlər də göstəriləcək. 
Yaxın aylarda  Şağan Reabilitasiya Pansionatının da əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcəyi diqqətə çatdırılıb. Qeyd edilib ki, gələn il Qəbələ və Şəmkir rayonlarında Uşaq Reabilitasiya mərkəzlərinin də açılması planlaşdırılıb.
Ümumilikdə, nazirliyin yeni reabilitasiya müəssisələrinin açılması nəticəsində hər il reabilitasiya xidmətləri ilə təmin edilənlərin sayı iki dəfə artaraq 28 minə çatacaq. 
Tədbirdə çıxış edən əlilliyi olan şəxslər onların sosial təminatlarının gücləndirilməsi, tibbi-sosial reabilitasiyası imkanlarının artırılması, ölkədə müasir reabilitasiya sisteminin qurulması üçün aparılan işlərə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Sumqayıtda müasir Reabilitasiya Mərkəzi istifadəyə verildi - FOTOSumqayıtda müasir Reabilitasiya Mərkəzi istifadəyə verildi - FOTOSumqayıtda müasir Reabilitasiya Mərkəzi istifadəyə verildi - FOTOSumqayıtda müasir Reabilitasiya Mərkəzi istifadəyə verildi - FOTOSumqayıtda müasir Reabilitasiya Mərkəzi istifadəyə verildi - FOTOSumqayıtda müasir Reabilitasiya Mərkəzi istifadəyə verildi - FOTOSumqayıtda müasir Reabilitasiya Mərkəzi istifadəyə verildi - FOTOSumqayıtda müasir Reabilitasiya Mərkəzi istifadəyə verildi - FOTOSumqayıtda müasir Reabilitasiya Mərkəzi istifadəyə verildi - FOTOSumqayıtda müasir Reabilitasiya Mərkəzi istifadəyə verildi - FOTOSumqayıtda müasir Reabilitasiya Mərkəzi istifadəyə verildi - FOTOSumqayıtda müasir Reabilitasiya Mərkəzi istifadəyə verildi - FOTOSumqayıtda müasir Reabilitasiya Mərkəzi istifadəyə verildi - FOTOSumqayıtda müasir Reabilitasiya Mərkəzi istifadəyə verildi - FOTOSumqayıtda müasir Reabilitasiya Mərkəzi istifadəyə verildi - FOTO

Sosial       Tarix: 29 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun 2026 canli sosial yardim cəbhədən son durum valyuta mezenesi