"Supertoys"dan yanğınla bağlı açıqlama
"Supertoys" MMC bəzi KİV-lərdə yayılan məlumatlara rəsmi aydınlıq gətirib.
KONKRET.azbildirir ki, "Qafqazinfo"ya şirkətdən verilən məlumata görə, bu gün yanğın baş verən ərazidə "Supertoys" MMC-nin anbarından əlavə 10-a yaxın digər şirkətlərə məxsus anbarlar fəaliyyət göstərirdi.
Məlumatda bildirilir ki,yanğın digər anbardan başlayıb və "Supertoys" anbarı da zərər çəkənlər arasında olub.
"Hazırda müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Yaxın zamanda yanğının baş vermə səbəbi dəqiq açıqlanacaq və hüquqi rəy veriləcəkdir. Məlumat üçün bildirək ki, "Supertoys" MMC-nin bu anbardan əlavə 6 anbarı müxtəlif ərazilərdə fəaliyyət göstərir. Məhsullar da anbarlarda bölgü üzrə paylanılıb".
Şirkət rəsmi olaraq bildirir ki,müştərilərə xidmət göstərməkdə heç bir çətinlik olmayacaqdır. Müştərilər istədikləri məhsulları əvvəlki qaydada "Supertoys" mağazalarından və ya onlayn əldə edə biləcəklər. "Supertoys" mağazalar şəbəkəsi əvvəlki qaydada fəaliyyətini davam etdirir.

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq