Sürücülərə ŞAD XƏBƏR - Bu markalı benzin UCUZLAŞACAQ

Sürücülərə ŞAD XƏBƏR - Bu markalı benzin UCUZLAŞACAQHesablama Palatası Dövlət Neft Fondunun (DNF) gələnilki büdcəsi barədə rəyini yayımlayıb. Büdcə göstəricilərinə görə, gələn il ADNF-yə 12 milyard 73 milyon manatın daxil olması, 12 milyard 900 milyon manatınsa xərclənməsi nəzərdə tutulur. Açıqlanan göstəricilərdən aydın olur ki, ADNF-nin gələnilki gəlirləri bu ilin gözlənilən gəlirləri ilə müqayisədə (18.8 milyard manat) xeyli az olacaq.
KONKRET.az xəbər verir ki, Dövlət Neft Fondunun gözlənilən builki gəlirləri ilin əvvəlində fondun təsdiqlənmiş büdcəsindəki gəlirlərdən iki dəfə çox olacaq. Fonda daxil olması gözlənilən gəlirlərin ilkin proqnozdan iki dəfə çox olmasının səbəbi xam neft qiymətlərinin gözləniləndən çox olması, eləcə də fondun idarəetməsində olan vəsaitin gəlirlilik faizinin yüksəlməsidir. Nəzərə almaq lazımdır ki, gözlənilən gəlirlərdəki artım "Azəri"-"Çıraq"-"Günəşli" yataqları üzrə neft hasilatının azaldığı, "Şahdəniz" qaz yatağında isə olduğu kimi qaldığı bir şəraitdə baş verib. 2023-cü ildə neftin orta mədaxil qiymətinin 60 dollar olması proqnozlaşdırılsa da, ilin ilk doqquz ayında bu göstərici 78.6 dollar olub.
Bəs neft gəlirlərinin azalması ölkədə hansı sahələrdə mənfi təsirini göstərəcək?
Məsələ ilə bağlı danışan iqtisadçı-ekspert Natiq Cəfərli Referans.az-a bildirib ki, Azərbaycan Dövlət Neft Fondunun gəlirlərinin azalması gözlənilən idi:
"Son zamanlar neft hasilatı kəskin düşüb. Neft hasilatının hər il düşməsi və neft qiymətlərinin də gözlənilənin altında qalması mümkündür. Çünki keçən il neft qiymətləri ortalama çox yüksək oldu. Bu il aşağı oldu, gələn il isə ümumiyyətlə daha da aşağı olması gözlənilir. Gələn il neftin qiymətinin 70 dollar civarında olması böyük şeydir. Hətta 70-60 dollardan da aşağı qiymətlər proqnozlaşdırılır".
Ekspert qeyd edib ki, bizdə benzinin qiymətini dövlət tənzimlədiyinə görə, bunun neft qiymətləri ilə birbaşa əlaqəsi yoxdur. Onun sözlərinə görə, benzinin qiyməti də tarif şürası tərəfindən tənzimləndiyin üçün neftin qiyməti dünyada 40 dollar olanda da bizdə benzinin qiymətini bəzi hallarda qaldırıblar: "Buna görə də bunun benzinlə birbaşa əlaqəsi yoxdur. Benzin də, neft də öz istehsalımızdır. Sadəcə biz premimum markalı benzini xaricdən gtiririk. Bu zaman əksinə qiymət ucuzlaşacaqsa, premium markalı benzinin də qiyməti ucuzlaşmalıdır. Zatən indi də Azərbaycanda bu benzinin qiyməti olduqca bahadır".
Premium markalı benzin dünyada daha da uzuclaşıb, buna görə də Azərbaycanda da ucuzlaşması gözlənilir. Ona görə də bizdə benzinin qiyməti hökumətdən asılıdır. Hökumət nə qərar versə, o olacaq – deyə Natiq Cəfərli əlavə edib.

Sosial       Tarix: 14 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber saytlari hava proqnozu dunya xeberleri metbuat xeberleri