Sürücülərə şad xəbər - Bu tarixlərdə Bakıda tıxac olmayacaq

Sürücülərə şad xəbər - Bu tarixlərdə Bakıda tıxac olmayacaq11-24 noyabr tarixlərində Bakıda beynəlxalq COP29 tədbiri keçiriləcək. Sözgügedən zaman kəsiyində tədbirlə əlaqədar, paytaxtda təxminən 90-100 min qonağın olacağı nəzərdə tutulur.
Onların arasında bir çox dünya ölkələrinin hökumət başçıları və rəhbər şəxsləri, iqlim və enerji mütəxəssisləri, jurnalistlər də var. Bu cür genişmiqyaslı tədbirin keçirilməsi üçün öncədən zəruri tədbirlər görülüb. Hər şeydən öncə, COP29-da iştirak edəcək qonaq sayı və tədbirin əhatə dairəsini nəzərə alsaq, paytaxtın nəqliyyat infrastrukturunda problemlərin olmaması olduqca vacibdir.
Yenisabah.az-ın araşdırmasına görə, məhz bu səbəbdən, təhsil müəssisələri və bir sıra iş yerlərində onlayn rejimə keçilməsi nəzərdə tutulur. Bu isə Bakı yollarında hazırda müşahidə olunan intensiv tıxacların kəskin sürətdə azalmasına gətirib çıxaracaq. Gündəlik olaraq univeristetlərə, məktəblərə və müxtəlif iş yerlərinə üz tutan şagird, tələbə və müəllimlərin sayını nəzərə alsaq, 10 minlərlə avtomobilin yollardan müvəqqəti də olsa, yığışılacağını demək olar. Belə olan təqdirdə, təkcə paytaxtımızın qonaqları yox, yerli sürücülər də 2 həftəlik "rahat nəfəs alacaq".
Tədbir ərzində ətraf qəsəbələrdən, o cümlədən Sumqayıt və Xirdalan kimi Bakıya yaxın şəhərlərdən gündəlik fəaliyyət göstərən marşurtların da hərəkət cədvəlində dəyişikliklərin olması nəzərdə tutulur. Gələn qonaqların 2 həftəlik tədbir müddəti ərzində paytaxtın tarixi və turistik yerlərinə mütəmadi ekskursiyalar edəcəyini nəzərə alsaq, bu kimi tədbirlərin olması təşkilatçılıq baxımından da müsbət haldır. / azxeber.com

Sosial       Tarix: 25 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət


son xeberler yeni xeberler azerbaycan xeberleri siyaseti xeberler bugun cəbhədən şad xəbər xeber maraqlı xəbərlər