"Survivor"u tərk edən "Kobra"dan ŞOK XƏBƏR: Dominikandan ÇIXA BİLMİR, çünki... - EKSKLÜZİV

"Survivor"u tərk edən "Kobra"dan ŞOK XƏBƏR: Dominikandan ÇIXA BİLMİR, çünki... - EKSKLÜZİVMüasir dünya tarixində ilk dəfə bütün ölkələr qlobal pandemiya ilə mübarizə apararkən Azərbaycan idmanı da tarixinə daha bir yenilik qatdı.
Peşəkar kikboksinq üzrə 6 qat dünya çempionu, Əməkdar idman ustası Pərviz Abdullayev (ləqəbi "Kobra") dünyanın ən məşhur ekstremal yarışmalarından biri olan "Survivor"un Türkiyədə yayımlanan versiyasında yer aldı.
Oyunların ilk günündən qüvvətli döyüşçü vücuduna rəğmən, təmkini və kübarlığı ilə digər iştirakçılardan seçilən Abdullayev performansı ilə bütöv bir komandaya bərabər oldu və təkbaşına komandasına qalibiyyət qazandırmağı bacardı. Bununla belə, gözlənilməz şəkildə şurada ələnənlər arasında dəfələrlə adı yazıldı və yarışın təşkilatçıları da daxil olmaqla, 100 milyon türkün bir anlıq ürəyini ağzına gətirdi.
Yarışlarda uğur və əzmlə mübarizəsini davam etdirən Azərbaycanın milli qürurunun qarşısının alınmayacağı açıq-aşkar ortada idi. Doğrudur, sevgidə və mübarizədə hər şey qanunidir. Buna görə də bəzi iştirakçıların Pərvizə qarşı hiylə işlədəcəkləri yayımlanan görüntülərdən belə hiss edilirdi. Və belə də oldu. Heç bir əsaslı səbəb olmadan Abdullayevə qarşı birləşən komanda onun adını yazdı və oyundan çıxardı.
"Survivor"u tərk edən "Kobra"dan ŞOK XƏBƏR: Dominikandan ÇIXA BİLMİR, çünki... - EKSKLÜZİV"Survivor" Türkiyə tarixində ilk dəfə azərbaycanlının iştirakı və onun qarşısıalınmaz şəkildə finala doğru getməsi, nə qədər inkar olunsa da, həmyerlimiz ayrıseçkiliyin qurbanı oldu deyə bilərik. Bununla belə Pərviz dəstəksiz qalmadı və haqsızlığa tuş gəldiyi Türkiyənin ən məşhur simalarının dilindən də onun fərqliliyi eşidildi.
"Kobra"nın qəzəbinə tuş gələnlərin aqibəti heç də yaxşı olmur, deyirlər. Çox yaxın gələcəkdə buna şahid olacağıq yəqin ki. Hələlik isə bizi ən çox maraqlandıran milli qürurumuzun vəziyyətidir. Onun yarışdan çıxması koronavirus pandemiyasına görə bütün sərhədlərin bağlandığı, uçuşların dayandığı dövrə təsadüf etdi və buna görə də hələ ki, vətənə qayıda bilmir.
Meneceri və əmisioğlu, "Cobra" Peşəkar Kikboksinq Klubunun direktoru Faiq Abdullayevlə əlaqə saxladıq. Onun -a verdiyi açıqlamaya görə, Pərvizin fiziki durumu əladır və yarışdan kənarlaşandan sonra dincəlməyə üstünlük verib: "Pərviz "Survivor"u tərk etməyinə baxmayaraq, sərhədlər bağlı olduğuna görə Dominikanda yerləşib. Yarışı tərk edən hər kəs vətəninə qayıda bilmədiyinə görə yarış keçirilən əraziyə yaxın yerləşib. Pərviz giriş-çıxış təmin edildikdən sonra əvvəlcə İstanbula, daha sonra Azərbaycana geri dönəcək. Vəziyyəti çox yaxşıdır. Səhhəti qaydasındadır. Yeməkdən korluq çəkmir. Problemi yalnız doğmaları və vətəni üçün ciddi şəkildə darıxmaqdır. 15-20 gündən sonra şəxsi telefonu ilə əlaqə saxlamaq imkanı yaranacaq".
"Survivor"u tərk edən "Kobra"dan ŞOK XƏBƏR: Dominikandan ÇIXA BİLMİR, çünki... - EKSKLÜZİVF.Abdullayevdən onu da öyrəndik ki, "Kobra" yaxın vaxtlarda məşqlərə başlamağı düşünür: "Amma təbii ki, adaların birləşməsi ərəfəsində gözlənilməz vəziyyətə düşüb yarışı tərk etdiyinə görə çox üzgündür".
Təbii ki, bütün Pərvizsevərlər, idmansevərlər və "Survivor"sevərlər də onun üzüntüsünə şərikdir bugünlərdə. Lakin bizim xalq olaraq salnaməmizə yazılmış bir qayda var: sevincimiz, kədərimizlə yanaşı olur hər zaman. Müharibədə də, sülhdə də, mübarizədə də, sabitlikdə də. İndi hamımız alnıaçıq, qürurlu və sevincli şəkildə Abdullayevin vətəninə qayıtmasını və "Survivor" macərasını öz dilindən eşitməyi gözləyirik.
Bir şad xəbər də verək: Pərviz Abdullayev vətənə dönər-dönməz ada həyatı və yarış, həmçinin karyerasının ən önəmli anlarını -la bölüşəcək.
Gözünüz və qulağınız bizdə olsun...
Zümrüd Kərimova

İdman       Tarix: 10 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu

Fransadakı iğtişaşlar NFL-ə də təsir etdi - Trampdan matç ilə bağlı təklif

ABŞ Prezidenti Donald Tramp Fransada baş verən iğtişaşlarla əlaqədar Parisdə keçirilməsi planlaşdırılan NFL matçının təxirə salınmasını təklif edib. xəbər verir ki, "The Athletic" nəşrinin məlumatına görə, Tram

UEFA-dan Fəridə Lütfəliyevaya təyinat

Azərbaycanın qadın FİFA referisi Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb. xəbər verir ki, Gürcüstanda keçiriləcək qadınlar arasında U-17 Avropa çempionatının seçmə mərhələsinin B4 qrupunda iki oyunun baş hakimi olacaq

"Sabah" "Slaviya"ya qarşı... - Canlı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Sabah" – "Slaviya" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibd

Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi

"Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappenin anası və eyni zamanda meneceri olan Fayza Lamari rüşvətvermə şübhəsi ilə Fransa polisi tərəfindən dindirilib. bu barədə "L"Équipe" nəşrin

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası

"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi

Türkiyə milli komandasının və "Real Madrid" futbol klubunun yarımmüdafiəçisi Arda Güler İspaniya təmsilçsi ilə müqaviləsinin müddətini uzadıb. KONKRET.azxəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Roman

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin


yeni xeberler son xeberler azerbaycan xeberleri ən son xeberler xeberler az sonxeber az maliyye xeberler bugun