Şuşa Azərbaycan üçün milli qürurdur

Şuşa Azərbaycan üçün milli qürurdurAzərbaycanın dilbər güşələrindən olan Şuşa haqqında çox yazılıb, Xan Şuşinskinin səsini qoynunda saxlayan başı qarlı, vüqarlı dağlarının əzəmətindən söz açılıb. Şərq ölkələrinin mədəniyyət mərkəzlərindən olan, milli memarlıq uslubu ilə seçilən, orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi adlandırılan mədəniyyətimizə, ədəbiyyatımıza, incənəsətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə seçilən, muğamımızın beşiyi sayılan, Azərbaycan tarixinə Qasım bəy Zakir, Xurşidbanı Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu kimi şəxsiyyətlər yetirən Qarabağın dilbər guşəsi olan Şuşa özünməxsus məxsus arxitekturası ilə də fərqlənir. Azərbaycanın alınmaz qalası, mədəniyyət məbədi olan bu qədim şəhər özü boyda tarixi abidədir.
"Qarabağnamə" müəlliflərinin göstərdiyi kimi tarixin müxtəlif dönəmlərində xaqanlara təslim olmayan Şuşa qalası aylarla mühasirədə saxlanılsa da bu cənnətməkan diyarı fəth etmək heç kimə nəsib olmamışdır. "Əgər məni qoruyan mənim tanıdığımdırsa, şüşəni daş içərisində də salamat saxlar" deyən Qarabağ xanının vəziri, şair Molla Pənah Vaqif hələ o dövrdə Şuşanın alınmaz qala olduğunu söyləmişdir
"Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur" -Ümummilli lider Heydər Əliyev Şuşanın ölkəmiz üçün dəyərini bu sözlərlə ifadə etmişdir. Prezident cənab İlham Əliyevin bildirdiyi kimi "Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir".
...Çar Rusiyası dövründə də bütün Qarabağın inzibati, iqtisadi mərkəzi olmuş, inkişaf etmiş bu şəhərin mənəvi pasportu olan Daşaltı dərəsi, Cıdır düzü, memarlıq inciləri Şuşanı qədim mədəniyyət mərkəzlərindən biri kimi tanıtmışdır. Hər biri əvəzsiz sənət nümunəsi olan Şuşa qalası Xurşudbanı Natəvanın, artilleriya generalı Mehmandarovun, şair -rəssam Mir Möhsün Nəvvabın ev muzeyləri, Gövhər ağa məscidi, əsas ticarət mərkəzi olan "Rastabazar", möhtəşəm qala divarları, memarlıq uslubu ilə inşa olunan digər tikililər şəhərə gələn qonaqları valeh etmişdir. "Şərqin konservatoriyası" adlanan bu şəhər Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Üzeyir Hacıbəyli, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələskərov kimi incəsənət xadimlərinin vətəni olmuşdur. Dəniz səviyyəsindən 1403 metr hündürlükdə salınan bu səhər Turşsu mədən suyu ilə də məşhur olmuş, kurort kimi qonaqların ən çox dincəldiyi məkana çevrilmişdir. Xarı bülbülün vətəni sayılan Şuşa bütün gözəlliyi ilə fərqləndiyindən həmişə kimlərinsə göz dikdiyi məkana çevrilib.
1992-ci il mayın 8-də Ermənistanın silahlı qüvvələrinin hücumları nəticəsində Azərbaycanın dilbər guşəsi, Qarabağın gözəllik simvolu, 24.900 əhalisi olan Şuşa işğal olundu. Yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil oldu. İşğal nəticəsində Şuşadakı bir sıra mədəniyyət abidələri düşmən tərəfindən talan, tarixi abidələr məhv edildi.
O zaman riyaziyyat müəllimi, hərbi sahədə heç bir bilik və təcrübəyə malik olmayan, bacarıqsız müdafiə naziri Rəhim Qazıyevin səhvləri üzündən pərakəndə aparılan döyüşlər, yaranan hərc-mərclik Şuşanın müdafiəsini çətinləşdirirdi.
Ermənilərin özləri də etiraf edirlər ki, Şuşanın işğalında 100-ə qədər zirehli maşın və tank, 11 min canlı qüvvə ilə birlikdə xarici dövlətlərdən gətirilmiş müzdlulardan, havadarlarının yardımından istifadə olunmuşdur.
Şəhərin işğalı nəticəsində mədəni-maarif, kənd təsərrüfatı texnikumları da daxil olmaqla 22 təhsil müəssisəsi, 7 məktəbəqədər uşaq-tərbiyə ocağı, onlarla xəstəxana, 8 mədəniyyət evi, Şuşa Dövlət Musiqili Dram Teatrı, 14 klub, 20 kitabxana, 2 kinoteatr, tarixin yadigarlarını qoruyb saxlayan 3 müzey, Şərq musiqi alətləri fabriki və digər obyektlər dağıdıldı, minlərlə yaşayış evi viran qoyuldu, talandı.
Şuşa Azərbaycan üçün milli qürurdur, milli mənlikdir, mədəniyyətdir, incəsənətdir, tarixdir. Rəşadətli Ordumuzun Şuşaya bayraq sancması və bu xəbərin müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən xalqa çatdırılması 28 il yarımdan sonra milli qürurumuzun da, mənliyimizin də, mədəniyyətimizin də, incəsənətimizin də, tariximizin də azad edilməsini, hətta yeni yüksəliş mərhələsinə daxil olmasını sübut etdi. Şuşanın işğaldan azad olunması Qarabağın döyünən ürəyinin xilas edilməsi demək oldu. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Azərbaycanın tarixi şəhəri, bütün Qafqazın mədəniyyət mərkəzi hesab edilən, öz hərbi-strateji önəmi ilə yanaşı, həm də mənəvi əhəmiyyəti olan Şuşanın şanlı ordumuz tərəfindən azad edildiyini bildirdi. Şuşanın azadlığı ordumuzun gücünün, xalqımızın birliyinin, Ali Baş Komandanımızın sərkərdəlik qabiliyyətinin təzahürüdür. Bu zəfər faktiki olaraq müharibənin taleyinin həllində önəmli rol oynayacaq və böyük önəm kəsb edir.
Şuşanın Azərbaycan xalqı üçün tarixi, mədəni və mənəvi əhəmiyyəti hamıya məlumdur. Mədəniyyətimizə böyük sənətkarlar, diplomatiyamıza uzaqgörən siyasətçilər, hərbimizə böyük qəhrəmanlar bəxş edən Şuşanın 1992-ci il mayın 8-da erməni birləşmələri tərəfindən işğal edilməsi xalqımızı ikiqat sarsıtmış, onda böyük kədər hissi doğurmuşdu. 28 il yarım ərzində xalqımız Azərbaycanın alınmaz qalası hesab edilən Şuşanın işğal edilməsi ilə barışmayıb, işğal altındakı bütün torpaqlarımızın, o cümlədən doğma Şuşanın azad ediləcəyinə hər zaman inanıb. Bu gün Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz Şuşanı erməni işğalçılarından azad edərək bütün xalqımıza böyük sevinc hissi bəxş etdi, onun ümid və gözləntilərini, arzu və istəyini reallığa çevirdi.
Ermənistanda şovinizm duyğularından arına bilməmiş, anti Türk əhvalıyla yaşayan bəzi dairələr məyusluq içində olsa da işğaldan azad edilən Qarabağ torpaqlarına, Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşaya ayaq basan ilk xarici ölkə başçısı olan Rəcəp Tayyib Ərdoğanın mesajları, iki qardaş ölkə arasında imzalanan olduqca mühüm və tarixi xarakter daşıyan "Şuşa bəyannaməsi" həm də yeni geopolitik reallıqlar bağlamında qəbul edilməli, Ermənistan dövlətini idarə edənlər təcritdən, müstəqilliklərini itirməkdən xilas olmaq üçün Türkiyə və Azərbaycanla əlaqələrini normallaşdırmaqdan başqa yollarının qalmadığını görməlidir. Şuşada bəyannamənin imzalanması mərasimində prezident cənab İlham Əliyevin yüz il əvvəl imzalanan Qars müqaviləsini xatırlatması, Prezident Ərdoğanın tezliklə Şuşada Türkiyənin Baş konsulluğunun açılacağını ifadə etməsi, bəyannamə mətnində ən önəmli müddəalardan biri olaraq üçüncü ölkə və ya ölkələrin tərəflərdən hər hansı birisinə təcavüz həyata keçirilməsi halında qarşılıqlı hərbi yardım haqda öhdəliyin yer alması, müharibə anında Türkiyə və Azərbaycan ordularının vahid standartlar, təlim, hərbi texnika və idarəetməyə gedəcəyinin bəyan edilməsi regionda yeni vəziyyət yaratmışdır. Bu müqavilə sadəcə region və iki qardaş ölkə münasibətləri baxımından deyil, Türk Dünyasının inteqrasiyasının dərinləşdirilməsi baxımından da mühüm əhəmmiyət kəsb etmişdir. Ərdoğanla Əliyevin birlikdə Qarabağın qalası olan Şuşaya səfəri, məhz Qarabağda imzalanan bəyannamə bir millət iki dövlət paradiqmasının işğala son verərək artıq Qarabağ məsələsini həll etdiyi, Xankəndi də daxil ermənilərin yaşadığı bölgələr üzərində də Azərbaycanın suveren hüquqlarının bərpa edilməsinin qaçınılmaz olacağı, xarici müdaxilə istəklərinə yer olmadığı, regionda quruculuq və sülh dövrünün başladığının dünyaya elan edilməsi baxımından da tarixi əhəmiyyətdə olmuşdur.
Yadigar Muradov,
Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru

Siyasi       Tarix: 17 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

Trampa İrandan şok: Razılaşmaya imza atdıqdan bir saat sonra

ABŞ Prezidenti Donald Tramp İranın danışıqlardakı qeyri-sabit davranışını sərt tənqid edib. Prezident bildirib ki, Tehran rəhbərliyi ötən gün Vaşinqtonun tələblərini tam şəkildə ehtiva edən və nüvə proqramından imtinanı nəzərd

Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir

Şəhidlərimizin ruhu qarşısında bu gün biz yenə də özümüzə və xalqımıza, dövlətimizə and içməliyik ki, istənilən halda biz öz milli ləyaqətimizi qoruyacağıq. Bundan sonra heç kim heç vaxt bizim xalqımıza zərər vurmayacaq

Şuşa Forumu Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi

IV Şuşa Qlobal Media Forumu növbəti dəfə göstərdi ki, Şuşa artıq təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də qlobal siyasi dialoqun və beynəlxalq media əməkdaşlığının mühüm platformalarından birinə çevrilib. Dünyanı

Pelleqrini İlham Əliyevə xizək hədiyyə etdi

İyulun 14-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə geniş tərkibdə görüşü olub. xəbər verir ki, görüşdən sonra qarşılıqlı hədiyyələr təqdim olunub

Yunan nəşri: İsrail ermənilərə görə geri çəkildi, Azərbaycan

İsrail hökuməti 1915-ci il hadisələrinin qondarma "erməni soyqırımı" kimi tanınmasına dair təşəbbüsün irəlilədilməsini dayandırıb. xəbər verir ki, Yunanıstanın ProtoThema nəşri bu qərarın Azərbaycanla münasibətlər

Məzuniyyətə çıxmayanların nəzərinə - Həkim xəbərdarlıq etdi

Həddindən artıq işləmək və istirahətə vaxt ayırmamaq təkcə psixoloji deyil, fiziki sağlamlıq üçün də ciddi təhlükə yaradır. Təcili tibbi yardım həkimi və tibbi bloqer Dmitri Molodoy hesab edir ki, işkoliklik bəzi hallard

Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 13-də Azərbaycana rəsmi səfərə gəlib. xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxr

Əhmədinecad Mossad-la əməkdaşlıq iddiası ilə həbs edildi

İranın keçmiş prezidenti Mahmud Əhmədinecad İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat qanadı tərəfindən saxlanılaraq ev dustaqlığına yerləşdirilib. xarici agenltiklərə istinaədn xəbər veir rki, bu barədə Th

Əhmədinejad MOSSAD rəhbəri ilə görüşüb, indi həbsdədir - KİV

İsrail İranın sabiq prezidenti Mahmud Əhmədinejadı yenidən hakimiyyətə gətirməyi planlaşdırıb, lakin plan baş tutmayıb. KONKRET.azapa-ya istinadla xəbər verir ki, bu barədə "Nyu York Tayms"da dərc olunan yazıd


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az son xeberler sonxeber xəbər son xabarlar