Şuşa Bəyannaməsi"nin əsas fəlsəfəsi Azərbaycanın təhlükəsizliyidir

Şuşa Bəyannaməsi2021-ci ilin iyunun 15-də Şuşa şəhərində "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" imzalanıb. Şuşa Bəyannaməsini Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıblar.
Fevralın 1-də isə Azərbaycan Milli Məclisi Şuşa Bəyannaməsini təsdiqləyib.
Bəs "Şuşa Bəyannaməsi" Azərbaycana nə vəd edir? Hansı yenilikər olacaq?
Şuşa BəyannaməsiSiyasi şərhçi İlyas Hüseynov azxeber.com-a açıqlamasında "Şuşa Bəyannaməsi" haqda fikirlərini bildirib.
O, qeyd edib ki, "Şuşa Bəyannaməsi" hər iki ölkənin daha da dərinləşdirilmiş şəkildə müttəfiqlik münasibətlərinin qurulmasının bariz sənədidir:
"2021-ci ilin 15 iyun tarixində Türkiyə ilə Azərbaycan arasında Şuşa şəhərində imzalanmış "Şuşa Bəyannaməsi" hər iki ölkənin daha da dərinləşdirilmiş şəkildə müttəfiqlik münasibətlərinin qurulmasının bariz sənədidir. Digər tərəfdən siyasi, iqtisadi, təhlükəsizlik sahəsində münasibətlərin daha genişlənməsini özündə əks etdirir. "Şuşa Bəyannaməsi"də vurğulanır ki, hər iki dövlətin müstəqilliyinə və ərazi bütövlüyünə qarşı təhdidlər yaranarsa, Türkiyə və Azərbaycan birlikdə addım atacaq və bir-birinə qarşılıqlı sürətdə yardım göstərəcək. Eyni zamanda bəyannamədə müttəfiqlik münasibətlərinin üçüncü tərəfə qarşı yönəlmədiyi və bölgədə, eləcə də qlobal miqyasda təhlükəsizlik və sabitlik mühitini daha da gücləndirilməsinə yönəldiyi əks olunur.
Politoloq onu da qeyd edib ki, bəyannamə Qarabağın və Şərqi Zəngəzurun təhlükəsizlik mühitinin gücləndirilməsinə uzun illər boyunca xidmət göstərəcək:
"Digər tərəfdən bəyannamədə Rusiya-Türkiyə birgə monitorinq mərkəzinin əhəmiyyəti vurğulanır, Zəngəzur dəhlizinin açılmasının, eyni zamanda Naxçıvan-Qars dəmiryolunun çəkilməsinin bölgənin gələcək iqtisadi rifahına xidmət edəcəyi ilə bağlı qeydlər də vardır. Əlamətdar hadisədir ki, fevralın 1-də Azərbaycan Respublikasının Milli Məclisində "Şuşa Bəyannaməsi" ratifikasiya olunmuşdur və təstiqlənmişdir. Gözlənilir ki, "Şuşa Bəyannaməsi" Türkiyə Parlamenti tərəfindən də təstiqlənəcək və hər iki dövlətin qarşılıqlı maraqlarını özündə əks etdirən bəyannamə Azərbaycanın dilbər güşəsi olan Qarabağın və Şərqi Zəngəzurun təhlükəsizlik mühitinin gücləndirilməsinə uzun illər boyunca xidmət göstərəcək. "Şuşa Bəyannaməsi" bu gün Azərbayacn və Türkiyə arasında müttəfiqlik münasibətlərinin özündə əks etdirir və qardaşlıq prinsiplərinin əsasında hər iki dövlətin iqtisadi perspektivlərini müəyyənləşdirir".
Şuşa BəyannaməsiHərbi ekspert Ramil Məmmədli də azxeber.com-a bəyannamə ilə bağlı fikirlərini bildirib. Ekspert qeyd edib ki, burada ordunun, silahlı qüvvələrin gücləndirilməsi, şəxsi heyətinin sayının artırılması kimi məqsədlər var:
"Şuşa Bəyannaməsi"nin əsas fəlsəfəsi Azərbaycanın təhlükəsizliyidir. Həmçinin iki ölkənin regionda sülhün və sabitliyin bərqərar olunması istiqamətində birgə addımlar atılasıdır. Bu prosesin icra olunması üçün atılacaq bütün addımların hər biri məhz qeyd etiyim məqsədə xidmət edir. Yəni burada məqsəd ordunun, silahlı qüvvələrin gücləndirilməsi, şəxsi heyətinin sayının artırılması, maddi-texniki imkanlarının gücləndirilməsi məhz Azərbaycanın təhlükəsizliyinin müdafiə imkanlarının gücləndirilməsinə, eyni zamanda birgə regional təhdidlərin qarşısını almağa xidmət edir. Qeyd olunan məsələ ordunun təkmilləşdirilməsi üçün lazımi məqamları ortaya çıxaracaq. Artıq bu istiqamətdə işlər aparılır. Yeni ordu birləşməsinin yaradılması, komando birliklərinin yaradılması istiqamətində atılan addımları nəzərdə tuturam.
Bəziləri iki ölkənin ordularının birləşdirilməsinə dair fikirlər səsləndirirlər. Bu, mövcud reallıqlara, siyasi və geosiyasi vəziyyətə uyğun deyil. Amma Azərbaycan ordusu kifayət qədər imkanlara və gücə malikdir. Bu gücün daha da artırılması məqsədilə dünyanın inkişaf etmiş ölkələri ilə orduları ilə birgə layihələr icra olunur. Məhz "Şuşa Bəyannaməsi"ni də bu prosesin davamı hesab etmək olar".
Onu qeyd ki, fevralın 3-də Türkiyə Böyük Millət Məclisinin komissiyasının iclasında Şuşa Bəyannaməsi müzakirə olunacaq.
Sənəd parlamentin Xarici əlaqələr komissiyasında müzakirəyə çıxarılacaq. Toplantıda "Şuşa Bəyannaməsi"nin təsdiqlənməsi məsələsinə baxılacaq.
Aydın Nuri 
Yazı Medianın İnkişafı Agentliyinin "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi" mövzusu üzrə dərc edilib.
Şuşa Bəyannaməsi

Siyasi       Tarix: 03 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbər valyuta mezenesi kriminal bugun