Şuşa Bəyannaməsinin imzalanmasından bir il ötür - Azərbaycan nə qazandı?

Şuşa Bəyannaməsinin imzalanmasından bir il ötür - Azərbaycan nə qazandı?  2021-ci ilin iyun ayının 15-də Azərbaycan və Türkiyə liderləri arasında Şuşa Bəyannaməsinin imzalanmasından bir il ötür. Bəyannamə hər iki ölkə arasında taktiki deyil, strateji hədəflərə hesablanan və qlobal proseslər fonunda daha monolit münasibətlər sisteminin yaradılmasını özündə ehtiva edir.
Bəs bu bir il ərzində Azərbaycan üçün Bəyannamədən irəli gələn hansı pozitiv hadisələr baş verib?
Əvvəla, qeyd etmək lazımdır ki, Bəyannamədə ciddi siyasi və iqtisadi hədəflər qərarlaşdırılıb, üstündən bir il keçməsinə baxmayaraq, ortada ciddi nəticələr də var. Bəs söhbət hansı ciddi nəticələrdən gedir?
Birincisi: 2021-ci il oktyabr ayının 26-da Zəngəzur dəhlizinin təməli qoyuldu.
İkincisi: Şuşa Bəyannaməsi son aylarda ABŞ-Azərbaycan arasında intensiv hal alan müsbət görüşlərin, sistematik münasibətlərin möhkəmləndirilməsinin mütləq və "əsas baza"larından biridir. Şəksiz, ABŞ-Azərbaycan arasındakı münasibətlərin müxtəlif səviyyələrdə möhkəmləndirilməsi həm də Türkiyənin əlahiddə təşəbbüskarlığının mühüm nəticələrindən biridir. Bəyannamənin imzalanmasından sonra Türkiyənin vasitəçiliyi ilə Azərbaycanın Qərbə inteqrasiyası prosesinin sürətlənəcəyi gözlənilən idi. Təsadüfi deyil ki, ABŞ prezidenti C.Baydenin iki ölkə arasındakı diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Prezident İ.Əliyevə ünvanladığı məktubun məzmununun təhlili mühüm və tarixi təsbitlərlə yadda qaldı. Azərbaycan-Türkiyə arasındakı strateji mütəffiqlik ABŞ-Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələrinin tarixdə heç vaxt olmadığı qədər və daha geniş platformasını ərsəyə gətirməkdədir.
Üçüncüsü: Ölkədə (Hadrut qəsəbəsində) yeni "Komando briqada"lar yaradıldı. Bir müddət sonra Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırılması istiqamətində daha qərarlı addımlar atılacağı qaçılmazdır.
Dördüncüsü: Milli iqtisadiyyatın yaradılması və Bəyannamədən irəli gələn birgə istehsal, sənaye və invesitisa əməkdaşlığı ilə bağlı məsələlər istiqamətində mühüm addımlar atılıb. Bu ilin may ayının 26-30-u iki ölkənin təşkilatçılığı ilə "TEKNOFEST" festivalı baş tutdu. Bu, Türkiyənin texnologiya sahəsindəki elmi biliklərinin ölkəmizə gətirilməsinin təminatı istiqamətində atılan ən mühüm addımlardan biridir. Həmçinin, Azərbaycanın neftdən asılılığının azaldılmasının prioritet olması öz nəzəri əhəmiyyətini itirərək praktiki mərhələyə qədəm qoyub. Ölkəyə xarici investisiyaların cəlb edilməsi, şaxələndirilmişiqtisadiyyatın (neftdən asılılığın minimum endirilməsi) yaradılması tarixi zərurətə çevrilib. Hətta C.Bayden İ.Əliyevə sonuncu məktubunda bu məsələyə xüsusi önəm verərək, ABŞ-ın ən yaxın strateji tərəfdaşlarından biri kimi Azərbaycanın iqtisadi əhəmiyyətinin artırılmasında maraqlı olduğunu ifadə etmişdi.
Beşincisi: Avropanın Azərbaycan qazına olan tələbatı daha ciddi şəkil aldı. 2022-ci ilin fevral ayının 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirildi. Bu, Avropanın Azərbaycana olan ehtiyac limitini daha da artırmış oldu. Rusiya-Ukrayna müharibəsi fonunda Qərb ölkələrinin rus qazından asılılığını azaltmaq istəyi Azərbaycanı əsas alternativ kimi önə çıxarır. Heç şübhəsiz ki, Azərbaycanla Rusiya mütəffiqdir və hər iki ölkə arasında ciddi dostluq münasibətləri mövcuddur. Azərbaycan müstəqil, tərəfsiz və praqmatik siyasət kursu qurduğuna görə, ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyması Moskvada heç bir qıcıq yaratmır və yarada da bilməz.
Altıncısı: Bəyannamədən irəli gələn "Tərəflərdən birinin müstəqlliyinə qarşı" müddəası bir il ərzində şimaldan və cənubdan gələn təhdidlərin miqyasını da kiçildib. Çünki Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə yaranan təhlükə Türkiyə üçün də təhdid və təcavüzü kimi qiymətləndiriləcək.
Yeddincisi: Ermənistan üçün əsas istinad nöqtə hesab olunan KTMT bu bir il ərzində Cənubi Qafqazda özünün praqmatiki əhəmiyyətini tamamilə itirmiş olub.
 Samir Feyruzov

Siyasi       Tarix: 17 iyun 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

10 illik məhkum edilmiş Martin də əfv edildi

Fransaya casusluq ittihamı ilə məhkum olunan Martin Ryan əfv edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M.Ryan bu ilin martında 10 il müddətinə məhkum edilmişdi

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi


azerbaycan xeberleri son xeberler yeni xeberler sou xeberler bu gunun xeberleri haqqinda melumat xeber.az son xeberler xeberler bu qun