Şuşa, Kəlbəcər, Zəfər paradı: Əliyev hər şeyi hesablamışdı – Qazinyandan şok sözlər
Ermənistanda 44 günlük müharibədə diqqətçəkən bir sıra rəmzi işarələr müzakirə mövzularından biridir, xüsusilə Şuşa və Kəlbəcərin azad olunduğu, eləcə də Zəfər paradının keçirildiyi gün.
Publika.az xəbər verir ki, Vahid Ermənistan Partiyasının sədri Artuq Qazinyan bunun təsadüfi olmadığını iddia edir.
"Azərbaycan Bayraq Günü ərəfəsində Şuşa azad olundu, Monte Melkonyanın doğum günündə Kəlbəcər təhvil verildi. "Dqr"in "müstəqilliyi" günündə - 1991-ci ilin 10 dekabrı – Azərbaycan Qələbə paradı keçirdi, qənimət kimi götürülən hərbi texnikalarımız nümayiş olundu. Əminəm ki, Əliyev hər şeyi rəmzi mənasına qədər hesablamışdı və Paşinyan bütün bunlara səssiz şəkildə razılaşıb. Hətta Əliyev istəsəydi o, sifariş verilən gündə Ermənistanı Azərbaycana verərdi", - o deyib.
Qazinyan qeyd edib ki, 10 dekabr Ermənistan tarixində biabırçılıq günü kimi qalacaq.
Asif

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək