Şuşa Konfransının iştirakçıları Prezidentə müraciət ediblər

Şuşa Konfransının iştirakçıları Prezidentə müraciət ediblərRegional apellyasiya məhkəmələrinin 15 illiyinə həsr olunmuş "Azərbaycan Respublikasında həyata keçirilən məhkəmə-hüquq islahatlarının mütərəqqi nəticələri" mövzusunda Şuşa Konfransı iştirakçıları Prezident İlham Əliyevə müraciət ediblər.
Müraciəti Şuşa Konfransının iştirakçıları adından ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov edib.
Müraciətdə deyilir:
"Möhtərəm cənab Prezident!
Məhkəmə-hüquq islahatlarına həsr edilən Şuşa Konfransının iştirakçıları bu tədbirin mədəniyyət paytaxtımız, qədim Şuşa şəhərində keçirilməsindən xüsusi qürur duyur, bu günləri xalqımıza yaşatdığınıza görə Sizə dərin ehtiramlarını ifadə edirlər.
Yenilməz sərkərdəliyinizlə müqəddəs torpaqlarımızı düşmən tapdağından azad etməklə Siz ulu öndər Heydər Əliyevin ən ümdə vəsiyyətini və bütün xalqımızın arzusunu reallığa çevirərək Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmısınız.
Ətraflı
Bu gün doğma torpaqlarımızda Zati-alilərinizin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəal iştirakı ilə nəhəng bərpa-quruculuq işləri aparılır, azad edilmiş ərazilərimiz gündən-günə çiçəklənir. 2022-ci ilin tərəfinizdən "Şuşa İli" elan olunaraq mədəniyyət paytaxtımızın mötəbər tədbirlərə ev sahibliyi etməsi, Zəngilan rayonunun Ağalı kəndində açılışını etdiyiniz "Ağıllı kənd"ə soydaşlarımızın 30 illik həsrətdən sonra qayıtması hər kəsdə doğma torpaqlarımızın cənnətə çevriləcəyinə əminlik yaradır.
Konfrans zamanı rəhbərliyinizlə aparılan məhkəmə-hüquq islahatlarının mütərəqqi nəticələri, o cümlədən məhkəmə sisteminin müasirləşdirilməsi, fəaliyyətin səmərəliliyinin artırılması, məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi üzrə ardıcıl tədbirlər qeyd edilmiş, qarşıda duran vəzifələr, habelə azad edilmiş ərazilərimizdə ədliyyə və məhkəmə fəaliyyətinin təşkili məsələləri müzakirə olunmuşdur.
Tədbir zamanı biz, həmçinin Şuşa şəhərində görülən genişmiqyaslı quruculuq işlərinin də əyani şahidi olduq, rəhbərliyinizlə yenidən dirçələn şəhərin tarixi və mədəni abidələri ilə tanışlıqdan heyran qaldıq, böyük iftixar hissi yaşadıq.
Möhtərəm cənab Prezident!
İşğaldan azad edilmiş müqəddəs torpaqlarımızda olmağın sevincini yaşatdığınıza görə bir daha dərin ehtiramımızı bildirir, qəti əmin edirik ki, Vətənimizin tərəqqisi, insan haqlarının qorunması və azad olunmuş torpaqlarımızın bərpası naminə Sizə layiqli yardımçı olmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik".

Siyasi       Tarix: 27 iyul 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - FOTO

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Nyusmaks"a (Newsmax) müsahibəsində

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbərlər krminal bu gun bugünkü son xəbərlər novruz bayramı