Şuşadakı aksiya aylarla davam edəcək? - 'Tələblərimiz yerinə yetirilənə qədər buradayıq

Şuşadakı aksiya aylarla davam edəcək? - 'Tələblərimiz yerinə yetirilənə qədər buradayıq"Hazırda Şuşada qarlı, soyuq hava müşahidə olunur. Lakin havanın soyuq olması aksiya iştirakçılarının əzmini qırmır. Hətta onları daha da həvəsləndirir".
Bu sözləri azxeber.com-a açıqlamasında Şuşada baş tutan aksiyanın ən fəal iştirakçılarından olan QHT sədri Toğrul Allahverdili deyib. O, qeyd edib ki, hava şəraiti aksiya iştirakçılarının əzmini qıra bilmədi:
Şuşadakı aksiya aylarla davam edəcək? - 'Tələblərimiz yerinə yetirilənə qədər buradayıq"Sülhməramlılar və Azərbaycan ərazisində yaşayan ermənilər, oradakı separatçı rejim düşünürdü ki, hava şəraiti pisləşdikdə aksiyaçılar tədricə dağılışacaq. Lakin bu, onu göstərdi ki, aksiyaçıların əzmi daha da artır. Könüllülər və QHT nümayəndələri aksiya təşkilatçılarının əzminin artdığının göstəricisidir. Onlar sübut etdi ki, Azərbaycan xalqının əzmini qırmaq mümkün deyil. Təzyiqlər olduqca, hava sərtləşdikcə biz daha da ruhlanırıq".
T.Allahverdili qeyd edib ki, aksiyanın müddəti tələblərin yerinə yetirldiyi vaxta qədər davam edəcək:
"Biz məqsədimizə çatana qədər, Azərbaycan ərazilərində müvəqqəti yerləşən rus sülhməramlı kontingentinin Azərbaycan ekoloqlarının və Vətəndaş Cəmiyyətinin orada monitorinq keçirməsinə icazə verənə qədər, bu məsələ həllini tapana qədər aksiya davam edəcək. Aksiyanın müddəti bundan sonra 5 gün də ola bilər, bir ay da, iki ay da davam edə bilər. Lakin bunu hər kəs bilsin, əmin olsun ki, məqsədə çatmayınca aksiyanın dağılmasından, dayanmasında heç bir söhbət gedə bilməz. Bu, qəti bir qərardır. Bu qərar Vətəndaş Cəmiyyətinin, aksiya təşəbbüskarlarının qərarıdır. Nə qədər ki, orada Azərbaycan ekoloqlarından ibarət monitorinq qrupu öz müşahidələrini aparmayıb, aksiya davam edəcək".
T.Allahverdili həmçinin bildirib ki, artıq Volkovun əraziyə gəlib-gəlməməsi müzakirə mövzusu deyil:
"Artıq Volkovun oraya gəlib-gəlməməsi müzakirə mövzusu deyil. Çünki Volkov özünü sülhməramlı kontingentinin rəhbəri kimi yox, sırf Qarabağ ərazisində, xüsusilə, Xankəndidə yerləşən separatçı rejimin himayədarı kimi aparır. Ona görə də, Volkovdan olan gözləntilər tamamən dayanıb. İndi Volkovun əraziyə gəlməsi artıq tələb də olunmur, çünki onun bizə deyəcəyi bir söz yoxdur. Volkov susqunluğu ilə aksiya iştirakçılarından qorxusunu dilə gətirdi. Bəlkə də onun deyəcək sözü yoxdur".
Aydın Nuri

Sosial       Tarix: 22 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa


son xeberler azerbaycan xeberleri yeni xeberler son.xeberler son xəbərlər azərbaycanda krimnal xeber xankendi