Şuşanın azad edilməsi Azərbaycanın siyasi və hərbi qələbəsini tamamladı

Şuşanın azad edilməsi Azərbaycanın siyasi və hərbi qələbəsini tamamladı2020-ci il noyabr ayının 8-i Azərbaycan xalqının qürurla andığı bir tarixdir. Həmin gün Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan xalqına müraciətində "Qafqazın sənət məbədi" olan Şuşa şəhərinin erməni işğalından azad edildiyini bəyan edərək Azərbaycanın son yüz ildə əldə etdiyi ən möhtəşəm qələbənin müjdəsini verdi. 
Dağlar qoynunda yerləşən, alınmaz qala olan Şuşanın azad edilməsi Azərbaycanın siyasi və hərbi qələbəsini tamamladı. Bu möhtəşəm qələbə eyni zamanda Azərbaycan xalqının cəsarətini, igidliyini, döyüşkənliyini, vətənpərvərliyini bir daha sübut etdi.
44 gün ərzində Azərbaycan Ordusu görkəmli siyasətçi, gözəl natiq, səriştəli Prezident İlham Əliyevin Baş komandanlığı ilə ermənilərin özləri haqqında yaratdığı mifi darmadağın etdi. Şəhərlərimizi, kəndlərimizi bir gün belə dayanmadan, yalnız irəli gedərək işğaldan azad etdi. 
Müharibənin başladığı ilk gündən Azərbaycan xalqı qardaş çiynini hiss etdi. Türkiyə rəhbərliyi və eyni zamanda bütün türkiyə xalqı Azərbaycana mənəvi dəstək oldu. Türkiyə mətbuatı Azərbaycanın haqlı savaşına yaxından dəstək olaraq ölkəmizə gəlib fəaliyyət göstərdi və dünya ictimaiyyətinə həqiqətləri çatdırdı. Hər bir türk vətəndaşı lazım olarsa bizimlə çiyin-çiyinə vuruşmağa hazır olduğunu söylədi. Bu bizə ruh verdi, güc verdi.
İkinci Qarabağ Müharibəsi Azərbaycanın Möhtəşəm Qələbəsi ilə başa çatdıqdan sonra Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalanması iki ölkə arasındakı əlaqələri müttəfiqlik  səviyyəsinə yüksəltdi. 
Qeyd edək ki, bu sənədə əsasən, Türkiyə və Azərbaycana qarşı hər hansı fəaliyyət olarsa, dövlətlər bir-birinə dəstək göstərəcəklər. Bu Bəyannamə dövlətlərimiz arasındakı əlaqələri ən yüksək səviyyəyə qaldırdı. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycan və Türkiyə de-fakto mövcud olan  münasibətlərini rəsmiləşdirdi və biz bunu məşhur Şuşa Bəyannaməsini imzalayaraq müttəfiqlik səviyyəsinə qaldırdıq. Bu, bizim xalqlarımız və ölkələrimiz üçün çox böyük sərvətdir. Bu Bəyannamə qarşımızda yeni üfüqlər açır. Azərbaycan və Türkiyə bir çox sahədə birlik, həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirib. Əməkdaşlığımızın geniş gündəliyinə nəzər salsaq, siyasət, enerji, müdafiə sənayesi və bir çox sahədə əməkdaşlığın olduğunu görərik".
Bildiyimiz kimi ermənilər müvəqqəti yerləşmə adı ilə Azərbaycan ərazilərinə köçürüldükləri vaxtdan yerli əhalini sıxışdırmağa başlayıb, sonralar isə erməni-daşnak quldur birləşmələri və onların havadarları Azərbaycanlılara qarşı qətliamlar həyata keçirib, torpaq iddiaları irəli sürüb, böyük fəlakətlər törədiblər. 
Odur ki, biz həmişə ayıq olmalıyıq. Gücümüzü daha da artırmalıyıq. Ordumuz dünyada birincilər sırasında olmalıdır. Biz buna inanırıq.
Azərbaycan yalnız öz siyasətinə və gücünə arxayın olmalıdır. 
Erməni faşistlər torpaqlarımızı işğal altında saxladığı otuz ilə yaxın müddətdə ATƏT-n Minsk qrupu dəfələrlə bəyanatlar verdi, BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etdi ki, Ermənistan qoşunlarını dərhal və qeyd-şərtsiz Azərbaycan ərazisindən çıxartmalıdır. Lakin bunların hamısı kağız üzərində qaldı. Ermənistan bu günə qədər heç bir qayda-qanuna əməl etmir və buna görə də cəzalandırılmır. Əksinə, bir çox ölkələr onlara bu çirkin əməllərində kömək də edirlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Azərbaycan iqtisadiyyatı özünü təmin edir, biz öz resurslarımızla özümüzü təmin edirik və yaxşı idarəçilik həyata keçiririk. Bu baxımdan keçmişdə bizə olan təhlükə məhz Ermənistan və onun işğalı ilə bağlı idi. Həmin təhlükə 30 il ərzində məhz buradan qaynaqlanırdı və artıq biz bu təhlükənin öhdəsindən gəlmişik. Ancaq, əlbəttə, biz ayıq olmalıyıq, biz keçmişimizi unutmamalıyıq ki, qonşularımız tərəfindən kürəyimizə bıçaq sancıldı, gözlənilmədiyi anda qonşularımız kürəyimizə bıçaq sancdı və o zaman Azərbaycanda olan xaosdan istifadə edərək ərazilərimizi işğal etdi. Eyni zamanda, biz unutmamalıyıq ki, İkinci Qarabağ müharibəsinin nəticələrinə baxmayaraq, bu gün Ermənistan cəmiyyətinin, hətta hökumətinin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır və onlar bunu gizlətmilər. Ona görə də biz hər hansı biz bir ssenariyə hazır olmalıyıq".
Bəllidir ki, ermənilər torpaqlarımızı tərk etdikdə ərazilərimizə bir milyona yaxın mina basdırıblar və müharibənin qanunlarına zidd olaraq onlar basdırdıqları minaların xəritəsini Azərbaycana təqdim etməyiblər. Bunun nəticəsində isə 300-dən artıq əsgər və mülki insanlar minaya düşərək həyatlarını və yaxud sağlamlıqlarını itiriblər. 
Müharibədən sonra minaların partlaması nəticəsində insanların həlak olması müharibə  cinayətidir. Bu, eyni zamanda Azərbaycana qarşı Ermənistanın terrorunun davamıdır. 
Minalardan azad olmaq üçün, onları tamamilə ərazilərimizdən təmizləmək üçün artıq avadanlıqlar alınıb, Azərbaycana bunun üçün xüsusi maşınlar gətirilib. Bu sahədə bir necə özəl şirkət yaradılıb və bu özəl şirkətlər də  bu prosesə qoşulub.
Azərbaycanın dövlət minatəmizləmə agentliyi ANAMA Müdafiə Nazirliyinin müvafiq bölmələri və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri ilə birlikdə çalışırlar ki, tezliklə ərazilərimizi minalardan təmizləsinlər və həmin torpaqlardan işğal dövründə didərgin düşmüş insanlar öz yurd-yuvalarına qayıtsınlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Biz bilirik  və bu, olduqca dəqiq məlimatdır ki, minaların sayı 1 milyona yaxındır. Biz  beynəlxalq şirkətlərdən bir neçə təklif almışıq ki, onlar bu sahədə işləsinlər. Təəsüf ki, qiymət çox yüksək idi. Bu rəqəm bizdə olan rəqəmlərdən 8-10 dəfə artıq idi. Yəni, bizim yerli şirkətlərimiz və ANAMA minatəmizləmə fəaliyyətini beynəlxalq  şirkətlərlə müqayisədə 8 və  10 dəfə ucuz həyata keçirir. Biz dronlardan fəal şəkildə istifadə edirik. Bizim bəzi parlaq zəkaya sahib insanların sayəsində artıq dronlar var. Bu, bizə böyük yardım olur. Ancaq biz dərk etməliyik ki, bu, çox uzun prosesdir".
İşğaldan azad olunan və minalardan təmizlənən ərazilərimizdə qlobal abadlıq-quruculuq işləri həyata keçirilir. Yerli vətəndaşların bu torpaqlara geri qayıdaraq rahat yaşamaları üçün hər bir şərait yaradılır. 
Məhz ərazilərimizi hələ minalardan tam təmizlənmədiyinə görə həmin ərazilərə giriş məhduddur və qaçqın və köçkünlərimizin öz doğma yurd-yuvalarına qayıtmaları müvəqqəti olaraq ləngiyir.
İnanırıq ki, Azərbaycan rəhbərliyi, Azərbaycan xalqı bu işin öhdəsindən tezliklə gələcək. Hər kəs illərlə həsrətini çəkdiyi doğma yurduna qovuşacaq.
Şəhla Ağbulud
"Abşeron" qəzetinin baş redaktoru / azxeber.com

Siyasi       Tarix: 25 iyul 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan üçün yeni imkanlar açılır – Avropa ilə milyardlıq əməkdaşlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen dünən mətbuata bəyanatlarla çıxış ediblər. Dövlət başçımızın da qeyd etdiyi kimi, Avropa Komissiyası ilə Azərbayca

Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı həyəcanlı MESAJ

Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasını nəzərdə tutan və "Tramp marşrutu" adlandırılan layihənin bir sıra siyasi və geosiyas

Deputat: Azərbaycan Türk və İslam dünyasının etibarlı tərəfdaşıdır

"Son günlər ölkəmizin paytaxtı Bakı şəhərində İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının keçirilməsi, eyni zamanda Azərbaycan və Türkmənistan prezidentlərini

Putin narahatdır, Gerasimov prezidenti aldadır

Rusiya Prezidenti Vladimir Putin müsahibəsində rus ordusunun Kupyansk şəhərindən 2,5-5 kilometr aralıda olduğunu bildirib. Problem ondadır ki, həm Rusiya prezidenti, həm də Baş Qərargah rəisi Valeri Gerasimov əvvəllər dəfələrl

Bu ölkədə yeni Prezident SEÇİLDİ

Sağçı Xalq Qüvvəsi Partiyasının namizədi Keiko Fuximori Peruda keçirilən prezident seçkilərində qalib gələrək ölkə tarixində demokratik seçkilər yolu ilə prezident seçilən ilk qadın olub. ajansaz-a istinadən xəbər verir ki

Ərdoğandan İsrailə: "Qəzza qatillərinin iftirasına yer yoxdur!"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail hökumətinin qondarma "erməni soyqırımı"nı tanıması barədə qərarına sərt reaksiya verib. KONKRET.azxəbər verir ki, Ərdoğan bu addımı Türkiyəyə qarşı atılmış iftira adlandırıb

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

İyulun 3-də Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 14 vaqon buğda göndəriləcək. xəbər verir ki, yük Biləcəri stansiyasından yola salınacaq

"Üfüqdən o yana baxış..." - FOTO

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayenin fotosunu paylaşıb

Azərbaycan və İrlandiya diplomatik münasibətlərin 30 illiyini qeyd edir

Azərbaycan və İrlandiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur.  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində paylaşım edib. "Bu gün Azərbayca


azerbaycan xeberleri son xeberler yeni xeberler axsam.az xeberler xəbərlər son xeber az