Şuşaya avtobus reysləri artırılır? - AÇIQLAMA
Şuşaya avtobus reysləri artırılır? - AÇIQLAMA
Yerli vətəndaşların bölgələrimizə səfəri əsasən yay mövsümündə daha çox müşahidə olunur. İnsanları özünə cəlb edən yerlərdən biri də Qarabağın gözü olan Şuşa şəhəridir. Ötən il yanvar ayından etibarən Şuşaya avtobus reysləri təşkil olunur.
Yay mövsümündə tələbatın çox olduğunu nəzərə alaraq Şuşaya avtobus reyslərinin artırılması nəzərdə tutulurmu?
Məsələ ilə bağlı "Trend"in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildiriblər ki, marşrutlar mütəmadi olaraq təhlil edilir, tələbat və bilet satışı dinamikası nəzərə alınaraq avtobusların hərəkət cədvəllərində dəyişikliklər edilir.
"İyun ayı üçün biletlər artıq satışa çıxarılıb. Tələbat artarsa, reyslərin sayının artırılmasına baxıla bilər", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, Bakı-Şuşa və Əhmədbəyli-Şuşa-Əhmədbəyli müntəzəm avtobus reysinə iyun ayına olan biletlərin hamısı satılıb.
Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib. Füzuli istiqamətində isə ilk müntəzəm avtobus reysi 25 iyun tarixində həyata keçirilib. Aprel ayında isə Tərtər rayonunun Talış kəndində məskunlaşan əhalinin nəqliyyat xidmətlərinə olan tələbatlarını ödəmək üçün marşrut açılıb. İlk mərhələdə marşrut "Şıxarx" qaçqın şəhərciyindən başlamaqla Talış kəndi istiqamətində Tərtər şəhərinin mərkəzi bazarı, Avtovağzal, Seydimli, Çaylı və Suqovuşan kəndləri aralıq dayanacaqlarından keçməklə təşkil olunub. Hazırda sərnişinlərə bir kiçiktutumlu nəqliyyat vasitəsilə xidmət göstərilir və gün ərzində 2 reys həyata keçirilir. / oxu.az

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu