Taalatbek Masadıkov: "Qırğızıstan Ermənistanda səfirlik açmayıb" - MÜSAHİBƏ

Taalatbek Masadıkov: "Qırğızıstan Ermənistanda səfirlik açmayıb" - MÜSAHİBƏTaalatbek Masadıkov: "Qırğızıstan Ermənistanda səfirlik açmayıb" - MÜSAHİBƏ
Azərbaycan və Qırğızıstan arasında münasibətlər rəsmi Bişkekin üç il əvvəl İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) zirvə görüşünün yekun bəyanatındakı siyasi bəndlərə qoşulmaqdan imtina etməsi ilə əlaqədar yaranan problemlərə baxmayaraq, hazırda sürətlə inkişaf edir.
Xatırladaq ki, 2017-ci ildə İƏT-in İslamabadda keçirilən sammitində həll olunmamış münaqişələrin, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin iqtisadi inkişafa mane olacağı ilə əlaqədar yekun bəyanat verilmişdi. O zaman Qırğızıstan tərəfinin bu bəyanata imza atmaması Azərbaycan Xarici İşlər nazirinin mənfi reaksiyasına səbəb olmuşdu.
"Bildiyim qədər, hazırda ölkələrimiz arasındakı münasibətlərdə hər hansı çətinlik yoxdur. Baxmayaraq ki, Qırğızıstan Azərbaycanın təmsil olunmadığı Avrasiya İqtisadi Birliyində (AİB) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvdür", - deyə, Media.Az-a açlıqlamasında Qırğızıstanın xarici siyasət və regional təhlükəsizlik üzrə eksperti, BMT-nin xüsusi siyasi missiyasının keçmiş siyasi direktoru, Qırğızıstanda prezidentliyə keçmiş namizəd Taalatbek Masadıkov bildirib.
Koronavirusla əlaqədar tətbiq edilən məhdudlaşdırıcı tədbirlər səbəbindən Taalatbek Masadıkov beş aydır Azərbaycandadır və verdiyi müsahibədə bundan qətiyyən peşman olmadığını qeyd edib.
- Bildiyimə görə, koronavirus səbəbindən Bakıda qalmalı olmusunuz. Sizi ölkəmizə gətirən səbəblər nədir?
- Əslində, mən "Azərbaycan xalqının kürəkəni" hesab olunuram (gülür). 12 il əvvəl Azərbaycan vətəndaşı ilə ailə qurmuşam və həyat yoldaşımla birgə BMT-nin Əfqanıstandakı siyasi missiyasının işçiləri olmuşuq. Buna görə də, özümü Azərbaycanda evdəki kimi hiss edirəm. Biz iki ölkədə yaşayırıq. Lakin koronavirus həqiqətən öz düzəlişlərini etdi. Martın 11-də Bakıya gəldik, martın 14-də isə məhdudlaşdırıcı tədbirlər tətbiq olundu. Adətən, yayın yarısını Qırğızıstanda, digər yarısını Bakıda keçiririk.
- Yəqin ki, son 12 ildə Azərbaycanda baş verən dəyişiklikləri qiymətləndirmək imkanınız olub, ölkə necə dəyişir?
- Qırğızıstanda bu barədə danışanda, təəssüratlarımı həmkarlarımla bölüşəndə ​​çox vaxt mənim qərəzli olduğumu düşünürlər (gülür). Amma Azərbaycan, həqiqətən də, yaxşılığa doğru dəyişir. Burada ilk dəfə 2007-ci ildə olmuşam, 2008-ci ildə ailə qurdum və o vaxtdan bəri dediyim kimi, iki ölkədə yaşayırıq. Azərbaycandakı iqtisadi tərəqqini, infrastruktur və tikinti sahəsindəki inkişafı adi gözlə görmək mümkündür.
- Gəlin, Azərbaycanla Qırğızıstan arasındakı əlaqələrə keçək. Prezident Almazbek Atambayevin dövründə əlaqələrimiz pisləşdi, hətta Azərbaycan Xarici İşlər Nazirliyi də buna reaksiya verdi. Ancaq o vaxtdan bəri prezident dəyişib, münasibətlərdə ciddi yaxınlaşma var...
- Mən vurğunu başqa cür qoyardım. Azərbaycanla Qırğızıstan arasında münasibətlər Almazbek Atambayev hakimiyyətə gəldikdən sonra inkişaf etməyə başladı. Lakin sonra müəyyən olmayan səbəblərə görə, Qırğızıstan nümayəndə heyəti İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının bəyannaməsində qeyd olunan siyasi hissəni imzalamadı. Bu, bəlkə də o zaman prezident olmuş Almazbek Atambayevin yox, o vaxtkı Qırğızıstan Xarici İşlər Nazirliyi rəhbərliyinin günahıdır. Daha sonra uzun bir araşdırma aparıldı, Qırğızıstan Xarici İşlər Nazirliyi "texniki anlaşılmazlıq"dan danışdı. Bu hadisədən sonra Qırğızıstanın Azərbaycandakı səfiri geri çağırıldı, hətta Bakıda səfirliyin bağlanması məsələsinə baxıldı. Lakin Allaha şükür olsun ki, bu baş vermədi. Yeni gələn prezident Sooronbay Jeenbekov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşdü. Prezidentlər müzakirə apardılar, anlaşılmazlıqları aradan qaldırdılar və bildiyim qədər bütün problemləri həll etdilər.
- Qırğızıstan və Azərbaycan bir çox beynəlxalq platformalarda, o cümlədən Türk Şurasında (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası) əməkdaşlıq edir. Ukraynanın Xarici İşlər nazirinin birinci müavini Əminə Cabbarova ölkəsinin Türk Şurasında müşahidəçi statusunu əldə etməyə çalışacağını açıqladı.
- Təşkilatın adı onun barəsində məlumat verir – buraya türkdilli dövlətlər daxildir. Ukrayna türkdilli dövlət deyil. Lakin Krım tatar əhalisi amilini nəzərə alıb, Ukraynanın müşahidəçi statusu təşkilat üzvləri tərəfindən nəzərdən keçirilə bilər. Yeri gəlmişkən, Macarıstan da müşahidəçi statusuna malikdir.
- Azərbaycan Qırğızıstandan fərqli olaraq, inteqrasiya birliklərinə və hərbi ittifaqlara daxil deyil, misal üçün, AİB və KTMT üzvü deyil. Ancaq Ermənistan oraya daxildir. Bu, ölkələrimiz arasındakı münasibətlərdə iz buraxa bilərmi?
- Bəli, Bişkek və Yerevan KTMT və AİB-in üzvləridir. Lakin biz hamımız MDB-yə daxilik. Mən başa düşürəm ki, siz sualınızı həll olunmamış Qarabağ münaqişəsi üzərinə gətirirsiniz. Bu, ağrılı mövzudur. Lakin ərazi bütövlüyü məsələsi əsas təməl prinsipdir və biz Qırğızıstanda bu məqamı şübhə altına qoymuruq. Bundan əlavə, heç kim beynəlxalq qanunları, həmçinin BMT Təhlükəsizlik Şurasının qətnamələrini ləğv etməyib. Bildiyiniz kimi, dünyanın bütün ölkələri Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tərəfdarıdır. İlk addım olaraq Dağlıq Qarabağ ətrafındakı bütün işğal olunmuş bölgələrin azad edilməsi, sonra isə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin statusunun müəyyənləşdirilməsi baş verməlidir.
Yeri gəlmişkən, sizə aydın olsun deyə qeyd edim ki, Qırğızıstan və Özbəkistan Ermənistanda səfirlik açmayıb. Bişkekdə də Ermənistanın diplomatik nümayəndəliyi yoxdur. Bu məqam çox şeydən xəbər verir.
- Siz yəqin ki, iyul ayında Azərbaycanla Ermənistan sərhədində gərginliyin yaşandığından xəbərdarsınız. Bu təxribatın Ermənistanın KTMT-ni münaqişəyə cəlb etmək cəhdi olduğu barədə versiya səsləndi. Nəticənin olmayacağı təqdirdə isə, Yerevanın bu hərbi ittifaqı tərk etməsi üçün əsaslar meydana çıxır. Bu barədə nə fikirləşirsiz?
- Gəlin, ondan başlayaq ki, bu münaqişə kim tərəfindən başladılıb? Bu, Ermənistan tərəfidir. Davam edək. Nikol Paşinyan hakimiyyətə gəldi və Ermənistan xalqı artıq iki ildir ki, müsbət dəyişikliklər gözləyir, amma onlar yoxdur. Görünür, Ermənistan baş nazirinin komandasında Qərbin onlara kömək edəcəyinə dair ümidlər var idi. Rusiya prezidenti Vladimir Putinlə Nikol Paşinyan arasında olan şəxsi münasibətlərə gəlincə, mənim təsəvvürümə görə, onlar bir o qədər də isti deyil. Bu səbəbdən də istisna etmirəm ki, Qərb vəziyyətdən istifadə edərək Ermənistanın əli ilə KTMT-nin münaqişəyə müdaxilə etməsi üçün cəhd göstərdi. Bu vəziyyət əlbəttə ki, Türkiyənin reaksiyasına səbəb olacaqdı. Bu, təbii olaraq Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında fikir ayrılığına səbəb olur.
Ancaq Rusiyanın reaksiyası yalnız təlimlər keçirmək oldu. Təxribat baş tutmadı. KTMT isə daha çox təmsilçi təşkilatdır. Bəli, son illərdə təşkilat aktivlik olmağa başlayıb, kollektiv reaksiya qüvvələri yaradıldı (baza Bişkek yaxınlığında yerləşir). KTMT Mərkəzi Asiyada terror təhlükəsi ilə mübarizə apara bilər, lakin təşkilat Cənubi Qafqazdakı və ya Mərkəzi Asiya dövlətlərindəki daxili problemləri həll etməyəcək. /oxu.az

Siyasi       Tarix: 12 avqust 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

İlham Əliyev Si Cinpini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətil

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət


yeni xeberler azerbaycan xeberleri son xeberler xankendi qurban bayrami 2026 maşın realiti şou xeber az