Tacikistan hökuməti coğrafi adları DƏYİŞİR
Tacikistan hökuməti ölkədə 3,5 minə yaxın coğrafi obyektin adını dəyişdirib.
KONKRET.azxarici KİV-ə istinadən xəbər verir ki, indi onların hamısı tacik adları ilə əvəzlənib.
Qeyd olunub ki, Dağlıq Bədəxşan Muxtar Vilayətinin Murqab rayonunda 1005 coğrafi obyektin adı dəyişdirilib.
Belə ki, Tacikistanda 165 buzlaq başqa cür adlandırılacaq. Onlardan 83-ü Murqab, 27-si Ləxş, 20-si isə Vanc rayonu ərazisində yerləşir. Onların arasında Pamirdə ən böyüyü olan Fedçenko buzlağı da var. Rus alimi Aleksey Fedçenkonun adını daşıyan buzlağa Vanjiax adı verilib.
Məlumata görə, Tacikistanda əvvəllər qırğızca, ya da özbəkcə adlandırılan 900-dən çox çayın yeni adları təsdiq edilib. Həmçinin ölkədə bütün təhrif olunmuş tacik adları dəyişdirilib. Belə ki, 80-dən çox silsilə, 129 dağ və 237 dağ aşırımların adları tacik adları ilə əvəzlənib.
Avqustun əvvəlində Tacikistanın Dil və Terminologiya Komitəsinin nümayəndələri Murqab rayonunun adının yanlış olduğunu bildirərək, əvəzində Marqob və ya Marqeb tarixi adını təklif ediblər.
Xatırladaq ki, 1924-cü il oktyabrın 14-dən 1925-ci il yanvarın 2-dək Murqab rayonunun ərazisi Qara-Qırğız Muxtar Dairəsi tərkibində olub. Bölgə əhalisinin 95%-i qırğızlar, qalanları isə farsca bilməyən pamir xalqlarıdır. Bölgənin tarixi adı Kuş-Suudur.
Tacikistan hökuməti yanında Dil və Terminologiya Komitəsi "Mozilla FireFox" brauzerini də tacik dilinə tərcümə edib. Komitənin sədri Olimcon Muhammadconzodanın sözlərinə görə, komitənin proqramlaşdırma üzrə mütəxəssisləri 2 ildən artıqdır ki, "Mozilla FireFox"un parametrləri üzərində işləyirlər.
O, brauzerin indi tacik dilində necə səsləndiyini açıqlamayıb.
İqbal Rzayev,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ