Tacikistan Prezidenti İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib
Tacikistan Prezidenti İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını Respublika Gününün ildönümü münasibətilə təbrik edib.
AZƏRTAC-ın məlumatına görə, Tacikistan Prezidenti bildirib ki, Azərbaycan Respublikası ilə əməkdaşlıq Tacikistan Respublikasının xarici siyasət kursunda mühüm yer tutur.
Emoməli Rəhmon təbrik məktubunda Tacikistanla Azərbaycan arasında dostluq və çoxplanlı əməkdaşlıq münasibətlərinin səviyyəsini yüksək qiymətləndirib: "Xalqlarımız arasında tarixən yaranmış səmimi əlaqələr bu münasibətlərin etibarlı əsasıdır. Əminəm ki, biz birgə səylərimizlə həm ikitərəfli formatda, həm də beynəlxalq və regional təşkilatlar məkanında səmərəli qarşılıqlı fəaliyyətimizin bundan sonra da dinamik inkişafını təmin edə biləcəyik. Əziz İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə bol uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, firavanlıq və tərəqqi arzu edirəm". /oxu.az
Turlar.az [newsid: 0-123300]

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Motosikletlə skuter toqquşdu - Xəsarət alanlar var