Tacikistan Rusiyaya görə hərəkətə KEÇDİ - Əmək miqrantları qorunacaq
Tacikistan hökuməti Rusiya ərazisində olan əmək miqrantlarının yaşayış şəraitini yoxlamaq üçün nümayəndə heyəti göndərəcək.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar əmək miqrantlarının iş və yaşayış şəraitini öyrənmək üçün tezliklə Rusiyanın Moskva, Ufa, Sankt-Peterburq, Novosibirsk, Yekaterinburq şəhərlərinə gedəcəklər.
Qeyd olunub ki, yoxlama Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi nəzarəti altında həyata keçiriləcək.
Məlumata görə, Tacikistan hökuməti xaricdəki həmvətənlərinin hüquqlarını və qanuni mənafelərini qorumaq üçün bütün tədbirləri görəcək. Belə ki, 2023-cü ildə Rusiyada yaşayan Tacikistandan olan əmək miqrantlarının sayının ilk dəfə – 3 milyon nəfəri ötdüyünü nəzərə alsaq, Düşənbənin bu cür qərarı tamamilə məntiqlidir.
Xatırladaq ki, bu ilin may ayından etibarən Rusiyanın bir sıra şəhərlərində hüquq-mühafizə orqanları əcnəbi vətəndaşların, əsasən də əmək miqrantlarının kompakt yaşadıqları yerlərdə mütəmadi olaraq reydlər keçirir. Rusiya hüquq-mühafizə orqanlarının nümayəndələri heç də həmişə düzgün fəaliyyət göstərmirlər və onların hərəkəti az qala diplomatik qalmaqala səbəb olur. Bu ilin iyununda Tacikistanın xarici işlər naziri Sirociddin Muhriddin Rusiyalı həmkarı Sergey Lavrovun ölkəsinə səfəri zamanı əmək miqrantları ilə rəftar məsələsini qaldırıb.
Muhriddin bildirib ki, planlı və plandankənar yoxlamalar zamanı Rusiya hüquq-mühafizə orqanları xarici vətəndaşlarla qanunvericilik aktlarında nəzərdə tutulmuş normalara uyğun davranmalıdır. Lakin iki aydan sonra məlum olub ki, Rusiya hakimiyyətinin reyd zamanı hərəkətləri elə də ciddi dəyişməyib. Bundan sonra Rusiya şəhərlərində yoxlamaların aparılması ilə bağlı qərar rəsmiləşdirilib.
Tacikistanın hökumət nümayəndələrini Rusiyaya göndərmək niyyəti artıq bir sıra rusiyalı jurnalistlərin, təbliğatçıların və politoloqların reaksiyasına səbəb olub.
İqbal Rzayev,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi