Tahir Kərimlinin qardaşı dələduzluqda ittiham olunur

Tahir Kərimlinin qardaşı dələduzluqda ittiham olunurSabiq deputat, Vəhdət Partiyasının qurucusu Tahir Kərimlinin qardaşı Fəxrəddin Kərimli dələduzluqda ittiham olunur.
azxeber.com xəbər verir ki, F.Kərimli 20-yə yaxın şəxsi işə düzəltmə adı ilə aldadaraq pullarını ələ keçirib.
Məsələ ilə bağlı Tahir Kərimli deyib ki, hər kəs öz əməllərinə görə cavabdehdir: "Yayılan məlumatlarla bağlı bildirmək istəyirəm ki, partiyanın Abşeron rayon təşkilatının sədri bir neçə nəfərdən dələduzluq yolu ilə pul alıb. Qardaşım Fəxrəddin həmin vaxt təşkilati məsələlər üzrə sədr müavini idi. Onu mən danladım ki, bu nə məsələdir? Qardaşım dedi ki, dələduzluq edən təşkilat sədri partiyadan xaric olunub. Eyni zamanda, cinayət məsuliyyətinə cəlb olunub və məhkəmənin qərarı ilə öz cəzasını alıb. 
Fəxrəddin əvvəllər rayon təşkilatlarının işlərinə baxıb, amma o demək deyil ki, dələduzluq işlərinə əli var. 
Əgər qardaşımın belə əməlləri olsa, əlbəttə ki, bunu mən də bəyənmərəm. Belə bir dələduzluq əməli varsa, deməli hər iki tərəf təqsirkar və cinayətkardır. Bu, birtərəfli deyil. Kimsə pul verdiyini iddia edirsə, sübut etməlidir. 
Mən təxminən bildim ki, bu məlumatlar kimlər vasitəsilə yayılıb. Çünki, partiyaya gələn bəzi adamlar var ki, onların hərəkətləri mənə xoş təəsürat yaratmır. Hazırda məni ləkələmək istəyən şəxslər vaxitlə hörmət edib yüksək vəzifələrə qoyduğum adamlardır. İndi mənim əleyhimə olan hərəkətlər edirlər", - deyə o əlavə edib.
Qeyd edək ki, Tahir Kərimli 2025-ci ilin iyun ayında Vəhdət Partiyasının sədrliyindən ayrılıb. Onun yerinə Adəm Bakuvi sədr seçilib.
/Unikal

Sosial       Tarix: 20 yanvar 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Sahibsiz itlərə qarşı hansı addım atılmalıdır? - Professordan açıqlama

Son zamanlar küçə heyvanları ilə bağlı problem yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə sahibsiz itlərin yaşayış məntəqələrində insanlara hücum etməsi və bunun nəticəsində vətəndaşların təhlükə ilə üz-üzə qalması məsələni

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler bugun 2026 canli enson xeberler dunya xeberleri sonxeber az