Taksi sürücüləri niyə kartla ödənişi qəbul etmirlər? - Nəqliyyat ekspertindən AÇIQLAMA

Taksi sürücüləri niyə kartla ödənişi qəbul etmirlər? - Nəqliyyat ekspertindən AÇIQLAMATaksi xidmətində müəyyən dəyişikliklərdən sonra yaşanan problemlərdən biri vətəndaşların sifariş zaman kartla ödənişi seçdikləri anda taksi sürücüsünün ödənişi qəbul etməyərək sifarişi ləğv etməsidir. 
Bunun nəticəsində sərnişinlər saatlarla taksi gözləməyə məcbur olurlar.  
Bəs, sərnişinlər bu halda nə etməlidirlər? Yaxud şikayət və təkliflərini kimə yönləndirməlidirlər?
Məsələylə bağlı nəqliyyat eksperti Elməddin Muradlı azxeber.com-a açıqlama verib. 
Taksi sürücüləri niyə kartla ödənişi qəbul etmirlər? - Nəqliyyat ekspertindən AÇIQLAMAEkspert açıqlamasında bildirib ki, onlara son zamanlar bu tip şikayətlər çox gəlir, lakin vətəndaşlar da bu prosesdə passiv iştirak edirlər, eyni zamanda öz şikayətlərini dilə gətirə bilmirlər:
"Son günlər bununla bağlı çox ciddi problemlər ortaya çıxır. Xüsusən də "Bolt" şirkətinin adı çəkilir ki, onun sürücüləri lazımsız şəkildə sifarişi əvvəlcə qəbul edirlər, sonra vətəndaşlara zəng vurub deyirlər ki, ya qiymət artıq olmaldır, ya da xahiş edirlər ki, imtina etsinlər. Bəzən isə özləri birtərəfli qaydada sifarişdən imtina edirlər və vətəndaşları çıxılmaz vəziyyətdə qoyurlar. Elə olur ki, 1 adam 5 dəfə taksi sifariş edir. 5-ci və ya 6-cı sifarişdə onu qəbul edirlər. Bu düzgün hal deyil. Belə hallarla qarşılaşan zaman, mən hesab edirəm ki, vətəndaşlar birbaşa AYNA-ya məlumat verməlidirlər. 141 qaynar xətti vətəndaşlar üçün xidmət mərkəzidir. Ora sifarişlərlə bağlı, eyni zamanda taksi sürücülərinə olunan şikayətlər barədə müraciət etsinlər ki, AYNA da bu şirkətlərlə bağlı məsələ qaldırsın, onları məsuliyyətə cəlb etsin".
E. Muradlı qeyd edib ki, indiki halda bu cür sürücülərlə mübarizə metodu yoxdur:
"Belə olan halda, sözsüz ki, şirkətlər də öz sürücülərinə bunu çatdıracaqlar. İndiki halda bir mübarizə metodu yoxdur. Vətəndaşlar da proseslərdə passiv iştirak edirlər. "Mən kiminsə çörəyinə bais olmaq istəmirəm" kimi şablon cümlələrlə özlərinə bəraət qazandırırlar,  məlumat vermək istəmirlər. Sonra da şikayət edirlər ki, bizim sifarişimizə baxılmadı, sürücü bizi əziyyətə salır və s. Mübarizə tədbirlərində mən hesab edirəm ki, bütün cəmiyyət üzdə olmalıdır, öz mövqeyini ortaya qoymalıdır. Bununla belə yaxşı nəticə əldə edə bilərik. Bəzən tətbiqdə göstərir ki, taksi 5 dəqiqəyə çatır. 2,3 dəqiqə keçdikdən sonra isə imtina edir. Nə zəng etmir, nə də xəbər vermir. Vətəndaş isə girinc vəziyyətdə qalır. Bu artıq özbaşnalıqdır. Belə xidmət olmaz".  
Oksana Orucova

Sosial       Tarix: 05 oktyabr 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


son xeberler azerbaycan xeberleri yeni xeberler son xabarlar cəbhədən son xeber son xəbərlər beynelxalq bank mezenne