Taksi sürücüsünə qarşı quldurluq
Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib.
Bu barədə Open.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, DİN-in "102" Zəng Mərkəzinə quldurluq hadisəsi barədə məlumat daxil olub.
Müraciətlə əlaqədar Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 17-ci Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, yanvarın 9-da saat 1 radələrində D.Əliyevə küçəsində Bakı şəhər sakini A.Mustafayevin idarə etdiyi "Hyundai" markalı avtomobilə sərnişin qismində oturan şəxs Z.Bünyadov prospektinə gedəcəyini bildirib və qeyd edilən prospektdə sürücünü bıçaqla hədələyərək pulunu alıb düşərək hadisə yerini tərk edib.
Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov saxlanılıb. /open.az

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR