"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub - FOTOLAR

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub.
Oktyabrın 27–28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altında keçirilən forum Özbəkistan Respublikasının Dağ-Mədən Sənayesi və Geologiya Nazirliyinin və Metallurgiya Assosiasiyasının təşkilati dəstəyi, "Congresses of Central Asia – CCA" şirkətinin tərəfdaşlığı ilə təşkil olunub.
Tədbirdə 19 ölkədən 40-dan çox spiker və moderator, 500-dən artıq nümayəndə, o cümlədən müxtəlif ölkələrin aparıcı dövlət qurumlarının və şirkətlərinin təmsilçiləri iştirak ediblər.
Tədbirin "Mərkəzi Asiya üçün yeni resurs arxitekturası" adlı əsas plenar sessiyasında Özbəkistan Respublikasının dağ-mədən sənayesi və geologiya nazirinin müavini Ural Yusupov, Kanadanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Daqqan, eləcə də yerli və xarici mədən şirkətlərinin nümayəndələri çıxış ediblər.
Plenar sessiyada çıxış edən "AzerGold" QSC-nin Özbəkistandakı törəmə müəssisəsi – "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru İlyas İsmayıllı dağ-mədən sənayesi sahəsində inkişaf edən strateji tərəfdaşlıq və həyata keçirilməsi planlaşdırılan birgə layihələr barədə məlumat verib.
İ. İsmayıllı "AzerGold" QSC-nin Azərbaycandan kənarda ilk törəmə müəssisəsinin məhz Özbəkistanda yaradılmasının əhəmiyyətini vurğulayıb. Bildirib ki, dövlət başçıları – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasındakı yüksək səviyyəli dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlər iki ölkə arasında əməkdaşlığın bütün istiqamətlərdə inkişafına, eləcə də irimiqyaslı birgə layihələrin həyata keçirilməsinə güclü təkan verir.
Çıxış zamanı yeni şirkət tərəfindən Özbəkistanda həyata keçirilməsi nəzərdə tutulan layihə barədə də ətraflı məlumat verilib. Qeyd olunub ki, Qaşqadərya vilayətinin Kitab rayonunda yerləşən "Akba" qızıl yatağının birgə inkişafı layihəsinin ilkin mərhələsində əlavə geoloji kəşfiyyat işlərinin aparılması, mineral resursların beynəlxalq standartlara uyğun qiymətləndirilməsi, metallurgiya sınaqlarının və ekoloji tədqiqatların keçirilməsi planlaşdırılır. Geoloji kəşfiyyatın nəticələrinin müsbət olacağı təqdirdə birgə müəssisənin yaradılması və yatağın istismarına başlanılması nəzərdə tutulur. 
Bununla yanaşı, "AzerGold" QSC tərəfindən Nəvai vilayətində yerləşən "Toşmaçit", "Boştut" və "Boboşil" perspektivli sahələrində qızıl və nadir torpaq elementləri üzrə geoloji tədqiqatların aparılması, eləcə də Azərbaycan və Özbəkistan ərazilərində yerləşən, qarşılıqlı maraq doğuran digər mineral yataqlarının birgə geoloji kəşfiyyatı və işlənməsi imkanları da müzakirə olunur.
Qeyd olunub ki, əməkdaşlığın gələcəkdə yeni birgə layihələrlə genişləndirilməsi üçün əlverişli imkanlar mövcuddur. Toplanmış təcrübə və formalaşan tərəfdaşlıq əlaqələri perspektivdə üçüncü ölkələrdə də birgə fəaliyyət üçün zəmin yarada bilər. 
Forum çərçivəsində, Mərkəzi Asiyada dayanıqlı iqtisadi inkişafın təmin edilməsi üçün uğurlu investisiya modelləri, regionun sənaye mərkəzi kimi mövqeyinin gücləndirilməsi, resurs təhlükəsizliyi məsələləri geniş şəkildə müzakirə olunub. Bununla yanaşı, əlavə dəyər yaradan istehsal zəncirlərinin formalaşdırılması və yeni bazarlara çıxış imkanları barədə fikir mübadiləsi aparılıb.
/ azxeber.com

İqtisadiyyat       Tarix: 29 oktyabr 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy


yeni xeberler azerbaycan xeberleri son xeberler son.xabar son xeberler bugun bu gunun xeberleri haqqinda melumat cəbhədən son məlumat