Taleyimiz HƏLL olunur: Atatürklə Lenindən ƏRDOĞAN və Putinə - ŞƏRH
I Dünya müharibəsindən (1914-1918) sonra Antanta dövlətləri Almaniya, Avstriya-Macarıstan, Rusiya, Osmanlı kimi kontinental imperiyaların süqutuna nail oldu. XVIII əsrin yarısına qədər ən böyük imperiyalardan birinə sahib olan Azərbaycanın sonrakı taleyində elə Səfəviləri zəiflədən Çar Rusiyası və Osmanlı təsirləri hiss olunduğu üçün Ankara və Moskvadan bəhs edək:
– Çar Rusiyası dağılaraq SSRİ-yə çevrildi;
– Osmanlı dövləti Türkiyə Cümhuriyyəti oldu;
Dağılan imperiyalar hazırda Qərb adlanan gücə qarşı çıxanlardır. Ona görə də Qərbdən gələn sanksiyalara görə bir-birilə sıx və mehriban əlaqələri qorudular. Bu istiqanlılıq Atatürk-Lenin dönəminə də təsadüf etdi. Azərbaycan Xalq Cümhuriyyəti 1920-də SSRİ tərəfdən zəbt olunanda Türkiyə buna mane olmadı. Ardınca Atatürk Moskva-Qars sazişləri ilə Naxçıvanın Azərbaycan SSR-in tərkibində qalmasını təmin etdi. Hazırkı Azərbaycan-Türkiyə quru sərhədinin bünövrəsi də Atatürklə İranın şah rejimi arasındakı sərhəd müəyyənləşdirilməsi ilə qoyulub. Türkiyə Batum limanının Gürcüstanın tərkibinə keçidinə razılaşıb. SSRİ isə Qarsın Türkiyə ərazisi olmasını qəbul edib. Lenin hökuməti Atatürkün avropalılara qarşı 1920-22 müharibəsində Türkiyəyə dəstək olurdu. Lakin onlar dost deyildilər. Yoxsa 1923-cü ildən sonra Atatürk antikommunist siyasət aparmazdı. Belə ki, Türkyənin sosializm tərəfdarları sıxışdırılmağa başladı. Ruslar bu təzyiqləri repressiya adlandırırdı. Amma repressiya onların Azərbaycan da daxil, ittifaqa üzv ölkələrin əhalisinə yaşatdıqları sürgün və qətliamlardır. 1925-də Mosulda ərazi mübahisələri olub. 1930-da soyuq əlaqələr saxlanılıb. Ümumiyyətlə, Türkiyə-SSRİ əlaqələri qarşılıqlı çıxarlar müstəvisində olub.
KONKRET.az xəbər verir ki, böyük imperiyaların barter siyasətində bada gedənlər xırda dövlətlərdir. Buna görə də Azərbaycanın Ermənistan, İran Azərbaycanı və Azərbaycan Respublikasına parçalanması təkcə ruslarla farsların planı olmayıb. Çünki Azərbaycanın bütövlüyü onun imperiya olması, regional və qlobal olaylara təsir, yeni reallıqlar müəyyənləşdirməsidir. Səfəvilərin parçalanması ilə bunun qarşısını alanlar "eski köye yeni adet istemiyorlar".
Lakin Azərbaycan II Qarabağ savaşı ilə regionda yeni reallıqlar yaratdı. Bu həm də Türkiyənin uzun zamandan sonra bölgəyə qayıdışıdır. Sadəcə, indiki Türkiyə I Qarabağ müharibəsində Kəlbəcər sakinlərini xilas etmək üçün 2 helikopter göndərməyən ölkə deyil. İndiki Türkiyə Heydər Əliyevin "bir millət iki dövlət" devizini ən çox reallığa çevirən hökumətdir. Bugünkü Türkyənin lideri Rəcəb Tayyib Ərdoğandır və onun Azərbaycanın yanında olması həm söz, həm də əməllə, sənədlə təsdiqlənib. Etiraf edək ki, indiki Türkiyənin də Rusiya ilə qarşılıqlı maraq dairələri var:
– Əvvəlcə onu deyək ki, dominant Ankaradır, çünki sanksiyalı Moskvanın dünya bazarına çıxmaq, bir sözlə yaşamaq üçün başqa yolu qalmayıb;
– Ölkələri birgə AES tikintisi, regional məsələlər, ticarət dövriyyəsi, turizm və s. bağlar birləşdirir;
– Türkiyənin Suriya antiterror əməliyyatlarında Rusiyanın da kənar dayanmalı olduğu zonalar var və Türkiyə də Yaxın Şərqdəki rus missiyasına göz yummalı olur;
– Ağdamdakı Birgə Monitorinq Mərkəzində həm türk, həm də rus zabitlər xidmət edir;
– Qarabağdakı qızıl yataqlarının bəziləri rus, filiz mədənləri isə türk şirkətlərinin istifadəsindədir;
– 2 il əvvəl Azərbaycan ordusunda Rusiya satqınlarının olduğu deyilirdisə, indi Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlıq Qrupunun komandanı general-polkovnik Bəxtiyar Ersay müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviridir;
Elə təəssürat yaranır ki, Azərbaycanı öz aralarında bölüşdürürlər. Lakin bunun adını başqa cür qoyaq:
• Rusiyanın Azərbaycandakı 5-ci kolonu sıxışdırılır. Azərbaycan və Türkiyə güclü Turan İttifaqının qurulması tərəfdarlarıdır. Türk Dövlətləri Təşkilatı (TDT), İran azərbaycanlılarının azadlıq hərəkatı da bunun tərkib hissəsidir.
• Heç kimə sirr deyil ki, II Qarabağ müharibəsinin 2020-ci ilin 10 noyabrında o şəkildə dayanmasını Ankara istəmirdi. Bunu Ərdoğan Şuşa səfəri zamanı Cıdır Düzündə Xankəndi yumoru ilə təsdiqlədi.
• Türkiyədən olsa idi, Azərbaycan torpaqları tam azad olunar, hətta Zəngəzuru da hərb yolu ilə Naxçıvana birləşdirərdik. Bəraətlərimiz arasında 1923 SSRİ qanunsuzluğu, blokadada qalmış Naxçıvana dəhliz, Ermənistanla neytral zona tələbi və s. göstərmək olardı. Lakin hazırda Ukraynada yaşananlar 2020-də burada baş versəydi, Azərbaycana şimal və cənubdan alov yağdırılacaqdı. Həmin ssenari həyata keçirilmədiyindən bunun nə ilə nəticələnəcəyini ehtimal etmək yalançılıq olar. Lakin Türkiyəli NATO bizim cinahda duracaqdı.
Hazırda da bəsit təhlili verilən qəliz siyasi proseslər gedir. Bəli, "Qarabağ Azərbaycandır!" və hazırda Azərbaycanın taleyi həll olunur.
Anar Rəhimov,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO
10 illik məhkum edilmiş Martin də əfv edildi
Prezident əfv Sərəncamı imzaladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı