"Taliban" 200-dən çox keçmiş məmur və hərbçini məhkəməsiz EDAM ETDİ
Radikal "Taliban" hərəkatı 2021-ci ildə Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra 200-dən çox keçmiş məmur və hərbçinin edamını məhkəməsiz həyata keçirib.
KONKRET.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Əfqanıstana Yardım Missiyasının (UNAMA) saytında dərc olunmuş hesabatında deyilir.
Qeyd olunub ki, "Taliban" Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra UNAMA keçmiş hökumət rəsmiləri və Əfqanıstan hərbçilərinin ən azı 218 məhkəməsiz edamını sənədləşdirib.
İstintaq zamanı missiya nümayəndələri 15 avqust 2021 və 30 iyun 2023-cü il tarixləri arasında ən azı 800 məhkəməsiz qətl hadisəsini qeydə alıb. Bunlara keçmiş hökumət və təhlükəsizlik qüvvələri ilə əlaqəli şəxslərə qarşı əsassız həbslər, işgəncələr və pis rəftar epizodları daxildir.
UNAMA-nın məlumatına görə, bu cür təqiblər "Taliban"ın keçmiş hökumət rəsmiləri və hərbçilər üçün elan etdiyi de-fakto ümumi amnistiyaya baxmayaraq baş verib.
İqbal Rzayev,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi