"Taliban" hökumət qurmağı təxirə salır, Baydenə xəbərdarlıq edir - Əfqanıstanda xaos böyüyür
Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" yeni hökumətin qurmağı təxirə salıb.
Publika.az xəbər verir ki, bu barədə "AFP" agentliyi "Taliban" mənbələrinə istinadən yazır.
Məlumata görə, "Taliban" ABŞ əsgərlərinin Əfqanıstandan çıxmadığı müddətdə hökumət qurmamaq qərarına gəlib.
"ABŞ-ın son əsgəri Əfqanıstandan çıxmayana qədər yeni hökumət qurulmayacaq", - mənbə bildirib.
Qeyd edək ki, Bayden Administrasiyası avqustun 31-nə qədər əsgərlərini tamamilə çıxarmaq niyyətindədir. Lakin bu prosesin uzana biləcəyi də gözlənilir.
Talibanın Qətərdəda yerləşən siyasi bürosunun sözçüsü Süheyl Şahin bildirib ki, Bayden Administrasiyası Əfqanıstandakı əsgərlərini çıxarmağı gecikdirərsə, bunun nəticələri olacaq.
"Bu qırmızı cizgidir. 31 avqustda bütün amerikalı əsgərlər çıxarılmalıdır. Əgər bu tarix uzanarsa, işğalın uzanması deməkdir. Bizdən vaxt istəsələr, bunu qəbul etməyəcəyik", - Taliban sözçüsü bildirib.
Asif
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq