Taliban Pakistanı ABŞ PUA-ları üçün hava məkanını bağlamağa çağırdı
Taliban Pakistanı ABŞ PUA-larının Əfqanıstana qarşı hava məkanından istifadə etməsinə icazə verməkdə ittiham edib.
KONKRET.az "The Hill"ə istinadən xəbər verir ki, bu barədə Talibanın müdafiə naziri vəzifəsini icra edən Molla Məhəmməd Yaqub deyib:
"Bizdə olan məlumata görə, ABŞ pilotsuz təyyarələri Pakistanın hava məkanından istifadə edərək Əfqanıstana hücum edir".
Digər tərəfdən, Pakistan Xarici İşlər Nazirliyi iddiaları təkzib edərək dərin narahatlığını bildirib.
"Əfqan nazirin heç bir sübut olmadığı halda, bu cür iddiaları dərin təəssüf doğurur və diplomatik davranış normalarına ziddir", – Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Qeyd edək ki, ötən ay ABŞ pilotsuz təyyarəsinin Kabilə endirdiyi zərbə nəticəsində "Əl-Qaidə"nin lideri Ayman əl-Zəvahiri öldürülüb.
İqbal Rzayev,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?