"Talibançılar" Əfqanıstanda sərhəd postunu ələ keçirdi
"Taliban" hərəkatının silahlıları bu gün səhər Əfqanıstanın Balx əyalətinin Kaldar rayonunun Çukçuk sərhəd məntəqəsində posta hücum edib.
Bu barədə Publika.az Tacikistanın "Khovar.tj" nəşrinə istinadla xəbər verir.
Məlumata görə, yerli vaxtla saat 12:50-yə qədər davam etmiş toqquşma nəticəsində hökumət qüvvələrinin 17 hərbi qulluqçusu müqaviməti davam etdirə bilməyiblər və Tacikistan ərazisinə keçiblər.
Regionda ümumi vəziyyət mürəkkəb olaraq qalır. "Taliban" silahlıları ilə Əfqanıstanın hökumət qüvvələri arasında silahlı toqquşmalar davam edir.
Qeyd edək ki, daha əvvəl Faryab əyalətinin Andoy rayonu "Taliban" silahlılarının nəzarəti altına keçib. Döyüşçülər rayona silahlı hücum təşkil edib. Hücum zamanı rayonun mərkəzi "Taliban" tərəfindən ələ keçirilib, təhlükəsizlik qüvvələri geri çəkilməyə məcbur olub.
Əfqanıstanda son 2 ayda ümumilikdə 30-a yaxın rayon "taliblər"in nəzarəti altına keçib. BMT-nin məlumatına görə, "Taliban" Əfqanıstan ərazisinin təxminən 50-70 %-ə nəzarət edir.

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər