"Taliban"ın girə bilmədiyi, müqavimətin qalası olan Pəncşirdən SON GÖRÜNTÜLƏR - FOTO
Türk mətbuatı Əfqanıstanda "Taliban"ın girə bilmədiyi yeganə bölgə olan Pəncşirə daxil olub, oradan son görüntüləri yayımlayıb.
Publika.az xəbər verir ki, "Anadolu" agentliyi tərəfindən çəkilən fotoşəkillərdən aydın olur ki, sanki bölgə hərbi hissəyə çevrilib.
Əfsanəvi komandir Şah Məsudun oğlu Əhməd Məsudun rəhbərliyi altında təşkilata qarşı müqavimət başladılıb. Yüksək dağlarla əhatə olunmuş strateji əhəmiyyətli Pəncşirin girişində Məsudun silahlı qüvvələri şəhərə girən və çıxan hər kəsi nəzarətdə saxlayır.
80-ci illərdə Əfqanıstanın sovet işğalına qarşı müqavimətin ən önəmli liderlərindən olan Əhməd Şah Məsudun doğma əyaləti olan Pencşir demək olar ki, hərbi libasa bürünüb.
"Taliban" şəhərə girə bilmədi
"Taliban" Pəncşirə daxil ola bilməyib. Təşkilatın sözçüsü Zabihullah Mücahid avqustun 22-də verdiyi açıqlamada Pəncşirin "Taliban" tərəfindən mühasirəyə alındığını söyləyib. Mücahid bğlgədəki qüvvələrin təslim edilməsi və bu şəhərin "Taliban"a təhvil verilməsi ilə bağlı danışıqların davam etdiyini və bu problemin masada həll edilməsinin tərəfdarı olduqlarını bildirib.
Şəhərə daxil olan hər kəs bir-bir yoxlanılır
Strateji əhəmiyyətli, yüksək dağlarla əhatə olunan Pencşirin girişində Məsudla əlaqəli silahlı şəxslər şəhərə girən və çıxan hər kəsi yoxlayır. Bölgədə "Taliban"a müqavimət göstərən Məsud qüvvəsinin sayı dəqiq bilinmir.
Qeyd edək ki, "Taliban"ın 1996-2001-ci illərdə Əfqanıstanı idarə edərkən də edilən hücumlara müqavimət göstərib. Digər tərəfdən, Əfqanıstanı tərk edən keçmiş prezident Əşrəf Qaninin birinci müavini Əmrullah Salehin Əhməd Məsud qüvvələrinə dəstək vermək üçün bu şəhərdə olduğu söylənilir.
Akqabay

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq