"Taliblər" Çinin Əfqanıstandakı səfiri ilə görüşdü
"Taliban" nümayəndələri Kabildə Çin səfirinin başçılıq etdiyi diplomatik missiyasının heyəti ilə görüşüblər.
Publika.az-ın "TASS" istinadən verdiyi məlumata görə, bu barədə hərəkatın Qətər siyasi ofisinin nümayəndəsi Məhəmməd Naim "Twitter" səhifəsində bildirib.
"Əfqanıstan İslam Respublikasının siyasi büro başçısının müavini Əbdül Salam Hənəfinin başçılıq etdiyi nümayəndə heyəti Çinin Kabildəki səfiri və işçi heyəti ilə görüşdü", - məlumatda deyilir.
Tərəflərin "təhlükəsizlik məsələləri və Əfqanıstandakı mövcud vəziyyət, həmçinin ikitərəfli əlaqələr və Çin tərəfdən humanitar yardım" mövzusunda müzakirələr apardıqları ifadə edilir.
Həmçinin Beyrutda fəaliyyət göstərən "Al Mayadeen" telekanalına verdiyi müsahibədə Məhəmməd Naim Talibanın Çin və Rusiya ilə yaxşı əlaqələri olduğunu deyib.
Nümayəndə bildirib:"Çin bizim üçün qonşu dövlətdir. Bizim onunla yaxşı münasibətlərimiz var. Eyni şey Rusiyaya da aiddir. "Taliban" Əfqanıstanın bütün qonşu ölkələri ilə əlaqələri inkişaf etdirməyi hədəfləyir".

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq