Talış kənd sakini: "Kəndimizdə bu cür şərait yaradılacağı ağlıma gəlməzdi

Talış kənd sakini: Bir neçə gündür ki, doğma Talış kəndinə köçən sakinlər qısa vaxtda ərazidə bu qədər quruculuq işlərinin aparılmasından məmnundurlar.
Kənd sakini Rəbiyyə İrzayeva "Report"a müsahibəsində köç prosesinin təəssüratlarını bölüşüb.
O deyir: "Kənddə şəraitin bu səviyyədə olacağına inanmırdım. Daha doğrusu, ağlıma gəlmirdi ki, dağlıq yerdə bu qədər gözəl şərait yaradılsın. Evimiz çox gözəldir. İstilik, işıq, su, qaz, bir sözlə, hər şey var".
Rəbiyyə İrzayevanın sözlərinə görə, ermənilər bu kəndi "Qarabağın qapısı" adlandırıblar. Buna görə də həmişə Talış kəndinə xüsusi diqqət yetiriblər:
"30 il qabaq biz buradan çox çətin vəziyyətdə getmişdik. O anları uzun illər ürəyimizdə gəzdirib, gözlərimiz önündə kino lenti kimi canlandırmışıq. Amma indi o anları xatırlamaq istəmirəm. 30 il torpaqlarımızın azad olunması üçün dua edirdim, bundan sonra qalan ömrümü şəhidlərimizə rəhmət diləməklə yaşayacağam. Çünki onlar bu günlərin sevincini bizə bəxş etmək üçün şirin canlarından keçiblər".
Müsahibimiz qeyd edib ki, kəndin işğaldan azad olunması xəbərini eşidəndə çox sevinib. Lakin tez bir zamanda geri dönəcəklərinə inanmayıb:
"Hələ də mənə nağıl kimi gəlir. Hərdən düşünürəm ki, yuxudayam. Bu xoş günləri bizə yaşadan Prezidentimizə, əsgərlərimizə dualar edirəm, şəhidlərimizə Allahdan rəhmət diləyirəm".
Yaşadığı acı günləri unutmayacağını deyən Rəbiyyə xanım oğlunun hərbçi olduğunu, Vətən torpaqlarının azad edilməsində iştirak etməsindən qürur duyduğunu söyləyib:
"Mənim oğlum hərbçidir. Talışın azad edilməsində iştirak edib. Mən müharibənin qızğın anlarında da ağlıma pis fikir gətirmədim. Əli silah tutub bu yerlərin azad edilməsində iştirak edən hər bir əsgər mənim övladımdır. Qarabağımızın geri alınmasında oğlumun da xidmətinin olmasından qürur hissi keçirirəm". / azxeber.com

Sosial       Tarix: 20 mart 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind


yeni xeberler son xeberler azerbaycan xeberleri qarabag xeber saytlari en son xeberler son xeber.az