"Tamstore" bu məhsulların qiymətində ciddi dəyişiklik etdi - Siyahı
"Tamstore" marketlər şəbəkəsi 13 oktyabrdan etibarən "Tamda ucuz günlər" kampaniyasına start verib.
azxeber.com xəbər verir ki, kampaniya zamanı təzə toyuğun 1 kilosu 4.49 manat, təzə file 6.79 manat, yerli sümüklü dana ətinin 1 kilosu 12.99 manat, yerli sümüksüz dana əti 16.99 manat, "Tajdar" düyü 2 kiloluq kisə 5.50 manat, "Sevimli Dad" kərə yağının 1 kilosu 12.98 manat, "Leya" günəbaxan yağı 1 litir 2.98 manat, soğan 19 qəpik, kartof 59 qəpik olacaq.
"Tamstore" marketlər şəbəkəsi bütün qızrmızı ət çeşidlərinə meyvə və tərəvəzə, təzə toyuq məhsullarına tətbiq etdiyi bazardan ucuz qiymətlər strategiyasını uzunmüddətli etməyi planlaşdırıb.
Qeyd edək ki, endirim digər məhsullardan 10 manatlıq alış-veriş etdikdən sonra keçərli olacaq. Endirimlər təbii ki, bununla yekunlaşmır. Mağazada 3200 çeşiddə məhsul müxtəlif endirimlərlə təklif olunacaq.
Kampaniya zamanı endirimlər seçilmiş ət, toyuq və ət məhsullarında, süd və süd məhsullarında, dondurulmuş xəmir məhsullarında, kərə yağı və bitki yağlarında, makaron, düyü və paxlalı məhsullarda, şirniyyatlarda, içkilərdə, təmizlik və baxım məhsullarında, eyni zamanda evinizə lazım olacaq kiçik əşyalarda tətbiq olunacaq.
"Tamstore" marketlər şəbəkəsi Bakı ilə yanaşı, Abşeron, Sumqayıt, Naxçıvan, Qazax, Ağstafa, Hacıqabul, Ağdaş, Ağcabədi, Salyan, Cəlilabad, Masallı, Şəmkir, Bərdə, Zaqatala və Mingəçevirdə də fəaliyyət göstərir. Endirimlər şəbəkənin bütün filiallarında keçərli olacaq. Bütün filiallar 24 saat müştərilərin xidmətindədir.


Kurslar.az kurslar [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam