Tanınmış azərbaycanlı biznesmenə hökm oxundu

Tanınmış azərbaycanlı biznesmenə hökm oxunduRusiyanın paytaxtı Moskvada bir neçə iri ticarət mərkəzinin keçmiş ortaq sahiblərindən olan, əslən azərbaycanlı iş adamı Solomon Manaşirov qiyabi olaraq 12 il müddətinə azadlıqdan məhrum edilib.
KONKRET.az modernaz-a istinadən xəbər verir ki, noyabrın 6-da Moskvanın Tverskoy Rayon Məhkəməsi biznesmeni hədə-qorxu ilə tələb etmə, vergidən yayınma və cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasında təqsirli bilib.
Hazırda xaricdə gizlənən və beynəlxalq axtarışda olan iş adamı ciddi rejimli cəzaçəkmə müəssisəsində 12 il həbs cəzasına məhkum edilib.
Məhkəmə onun istintaq zamanı üzərinə həbs qoyulmuş 141 milyon rubl dəyərində əmlakının müsadirəsinə qərar verib. Bundan əlavə, zərərçəkmiş tərəfin 530 milyon rublluq mülki iddiası təmin olunub.
55 yaşlı Solomon Manaşirov Azərbaycanın Qırmızı Qəsəbə yaşayış məntəqəsində anadan olub. O, Moskvadakı "Columbus", "Prajskı Passaj", "Armada" və digər iri ticarət obyektlərinin ortaq sahiblərindən biri olub.
Manaşirov barəsində cinayət təqibinə 2016-cı ilin martında başlanılıb. Həmin vaxt o, "Karenfor" şirkətinin vergidən yayınmasında ittiham edilib.
Qeyd edək ki, onun böyük qardaşı və biznes tərəfdaşı Gennadi Manaşirov 2018-ci ildə hədə-qorxu ilə tələb etmə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına rüşvət verilməsində vasitəçilik ittihamları ilə 15 il həbs cəzasına məhkum olunub.
Hazırda Gennadi Manaşirov qətl ittihamı üzrə də mühakimə olunur.

Hadisə       Tarix: 09 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Qurban Bayramov vəfat etdi

Ədəbiyyatşünas, tənqidçi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Bayramov 80 yaşında vəfat edib. apa-ya istinadən xəbər verir ki, bu barədə onun ailə üzvləri məlumat veriblər. Qeyd edək ki, Qurban Bayramov 1946-c

Azərbaycanda 64 yaşlı iş adamının meyiti tapıldı

Lənkəranda çöllük ərazidə 64 yaşlı iş adamının meyiti tapılıb. KONKRET.azAPA-ya istinadən bildirir ki, Lənkəran rayon sakini 1962-ci il təvəllüdlü Ramiz Bəxtiyar oğlu Əliyevin meyiti Ürgə kəndi ərazisində qamışlıqda aşkarlanıb

"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü

Qazaxda "KamAz"ı dəmir maneələrə çırpan sürücü ölüb. KONKRET.azxəbər verir ki, hadisə rayonun Yuxarı Daşsalahlı kəndində qeydə alınıb. Belə ki, 1961-ci il təvəllüdlü İsmayıl Məmmədov "KamAz" markalı avtomobil

Türkiyədə mikroavtobus faciəsi - 9 ölü

Türkiyənin Van vilayətinin Özalp rayonunda mikroavtobusla TIR-ın toqquşması nəticəsində 9 nəfər ölüb, 5 nəfər yaralanıb. xəbər verir ki, hadisə noyabrın 7-də Özalp-Saray avtomobil yolunda, Çalımlı məhəlləsi yaxınlığında ba

Goranboyda ağır qəza: bir ailənin 5 üzvü

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ markalı minik avtomobili idarəetmədə

Mingəçevirdə yük maşını bataqlıqda batdı

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Mingəçevir su anbarı yaxınlığında yük avtomobilinin bataqlıqda batması və vətəndaşların çətin keçilən ərazidə köməksiz vəziyyətdə qalması barəd

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi açıqlandı

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. KONKRET. -a istinadla xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddi

Şəhid Əli Heydərovun atası vəfat etdi

Abşeronda şəhid atası vəfat edib. KONKRET.azxəbər verir ki, şəhid Əli Heydərovun atası İntiqam Heydərov dünyasını dəyişib. Qeyd edək ki, Əli Heydərov 1997-ci il mayın 10-da Abşeron rayonunun Qobu qəsəbəsində anadan olub. 

40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü

"Azər-Türk Bank" ASC-nin 40 yaşlı əməkdaşı Yasən Məmmədov vəfat edib. xəbər verir ki, Y.Məmmədov futbol oyunu zamanı ürəktutmadan dünyasını dəyişib. Məlumata görə, o, Şuşa şəhərindən məcburi köçkün olub və Bakıd


azerbaycan xeberleri yeni xeberler son xeberler enson xeberler kriminal xeberler krminal bu gun cəbhədən şad xəbər