Tanınmış bloger avtotəmir servisində döyüldü – TƏFƏRRÜAT

Tanınmış bloger avtotəmir servisində döyüldü – TƏFƏRRÜATBakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Elxan Qasımovun (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, Nizami Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə təqsirli bilinib və ona 3 000 manat cərimə cəzası təyin olunub.
İttiham aktına görə, hadisə 2025-ci il aprelin 7-də saat 20:30 radələrində Bakı şəhərində yerləşən "Xan Auto" adlı avtotəmir servisində qeydə alınıb.
Belə ki, Elxan Qasımov icarə əsasında fəaliyyət göstərdiyi sözügedən servisdə əvvəllər həmin servisin şəriki olmuş Arif Cümşüd oğlunun arvadı, zərərçəkmiş Fatma ilə aralarında mübahisə edib.
Belə ki, zərərçəkmiş şəxs servisin keçmiş adını və loqosunu divarlardan sildirmək istədiyini bildirib. Təqsirləndirilən şəxs isə bunu bəhanə edərək onunla mübahisə edib, hər hansı əsaslı səbəb olmadan avtotəmir servisində digər işçilərin və müştərilərin gözü qarşısında qadına qarşı zor tətbiq edib, onun sifət nahiyəsinə iki dəfə əli ilə vurub, saçından tutub dartıb. Nəticədə Fatmanın sol yanaq nahiyəsinin və sağ gözaltı nahiyənin hematomaları şəklində, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirib.
Məhkəmə baxışında Elxan Qasımov ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib və ifadəsində göstərib ki, "Azart Auto" adlı avtotəmir servisini tanışı Arif ilə birlikdə icarə əsasında işlədib.
Təqsirləndirilən şəxs qeyd edib ki, Arif ilə 30 ildir tanışdır və o da onun kimi icarədardır:
"Zərərçəkmiş şəxs Fatma xanım isə Arifin həyat yoldaşıdır. Servis daxilində şərik kimi fəaliyyət göstərirdik, ayrıca kassasımız və iş bölgümüz olub. Daha sonra bir binada fəaliyyətlərini davam etdirməyin mümkün olmadığını görərək ayrılmağa qərar verdik. Bu zaman müəyyən narazılıqlar yarandı. Razılaşmaya əsasən, Arif mart ayının 1-dən binanı tərk etməli, mən isə fəaliyyəti davam etdirməli idim, lakin bu müddət martın 6-dək uzandı".
Elxan Qasımov ifadəsində göstərib ki, hadisə günü Fatma xanımla söhbət zamanı qadın provokasiya xarakterli ifadələr işlədib, onların işçilərini "əllərindən aldığını" iddia edib:
"O, "bu servisi dağıdacağam" kimi təhqiramiz sözlər dedi. Qadın həmçinin məni uşaqlarımla hədələdi. Bu da əsəblərimə təsir etdi".
Təqsirləndirilən şəxs bildirib ki, təxminən 9 aydır davam edən gərgin vəziyyətə dözsə də, həmin anda səbrini itirərək özünə yaraşmayan hərəkətə yol verib, zərərçəkmiş şəxsin saçından tutub dartıb və əli ilə iki dəfə vurub:
"Hadisə zamanı orada Fatma, Arif və mən olmuşam".
O, ifadəsində qeyd edib ki, hadisə yerində başqa zorakı hərəkət etməyib, sadəcə bir qadına əl qaldırdığı üçün özünü təqsirli hesab edir.
Məhkəmə baxışında verilən suallara cavab olaraq təqsirləndirilən şəxs əlavə edib ki, onun Ariflə müqaviləsi olub, bu ailəni yaxından tanıyır və ailəvi gəliş-gedişləri olub:
"Zərərçəkmiş şəxs mənə "biz bu servisə pul yatırmışıq, istəsək dağıda bilərik" dedi. Daha sonra "mən buranı rəngləyəcəyəm" ifadəsini işlətdi. Loqonun silinməsinə etiraz edərək "əgər indi nəsə etsəniz, 102-yə zəng edəcəyəm" söylədim. Bundan sonra Fatma "sənin iki balan var, birinin adını çək, görək kim sağ qalacaq" deyə hədələdi. Bu ifadədən sonra, əsəblərimə hakim ola bilməyərək zərərçəkmiş şəxsə əl qaldırdım. Hadisə zamanı orada olan müştərilər bizi ayırdı, işçilər hadisəyə şahid oldu".
Elxan sonda ifadəsində səbrsiz davranaraq qadına əl qaldırdığına görə əməlindən dərin peşmanlıq hissi keçirdiyini söyləyib.
Məhkəmə baxışında zərərçəkmiş Fatma isə ifadəsində bildirib ki, hazırda blogerlik fəaliyyəti ilə məşğuldur:
"Təxminən bir ildir ki, həyat yoldaşım Ariflə Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi 6 ünvanında yerləşən "Azart Auto" adlı avtotəmir servisini icarə əsasında işlədirik".
Zərərçəkmiş şəxs qeyd edib ki, təqsirləndirilən Elxan həyat yoldaşı Arifin əvvəllər sinif yoldaşı olub, bu səbəbdən aralarında yaxın münasibət yaranıb:
"Elxan və Arif birgə şərik kimi servisdə fəaliyyət göstərməyə başlamışlar. Bloger olduğumdan həmin servisin sosial şəbəkələrdə reklam olunması və tanıdılması ilə məşğul olmuşam. Sonradan mən və həyat yoldaşım servisdən çıxmaq barədə qərar verdik. Bundan sonra Elxan servisin adını dəyişərək "Xan Auto" adlandırdı".
Fatma ifadəsində vurğulayıb ki, onlar servisdən ayrıldıqdan sonra həyat yoldaşı ilə birlikdə divarlarda özlərinə məxsus loqoları silmək istəyib, lakin Elxan bununla razılaşmayaraq, loqoların silinməsinə icazə verməyəcəyini deyib:
"Hadisə günü servisin içərisində mən, Arif və Elxan birgə masada əyləşərək məsələni müzakirə edərdik. Mən Elxana divarda olan loqoları və rəsmləri siləcəyimi bildirdim. Elxan isə buna qarşı çıxaraq rəsmlərin silinməyəcəyini dedi və aramızda mübahisə yarandı. Mübahisə zamanı Elxan polis çağıracağını bildirdi. Mən onunla razı olduğumu söylədim və ayağa qalxdım. Bu zaman təqsirləndirilən şəxs qəfil şəkildə ayağa qalxaraq üzərimə gəldim, əlləri ilə sifət nahiyəmə zərbələr endirdi, ardınca saçımdan tutaraq dartdı və nalayiq ifadələr işlədib, baş nahiyəmə vurdu. Daha sonra hadisəyə müdaxilə etmək istəyən həyat yoldaşı Arif bizi ayırmağa çalışarkən, Elxan yenidən mənim sifətimə sillə ilə vurdu".
Nizami Rayon Məhkəməsinin hökmü ilə Elxan Qasımova 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdi.

Hadisə       Tarix: 05 noyabr 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"28 Mall"un qarşısında ölüm - təfərrüat

Bakıda 82 yaşlı Türkiyə vətəndaşı qəfil vəfat edib. -a istinadən xəbər verir ki, hadisə paytaxtın "28 Mall" ticarət mərkəzinin qarşısında baş verib. Belə ki, Nəsimi rayonu, Füzuli küçəsində A.Reşatın həkiməqədə

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 11:27-də, 3.5 maqnitudada qeyd

Kişi arvadını və 3 yaşlı uşağını bıçaqladı

Lənkəran şəhərində kişi həyat yoldaşına və azyaşlı oğluna bıçaqla xəsarət yetirib. KONKRET.azTeleqraf-a istinadla xəbər verir ki, hadisə şəhərin Zərifə Əliyeva küçəsində, "Müəllimlər Binası" kimi tanınan yaşayı

Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ

Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov ölüb. "Trend"ə istinadən xəbər verir ki, Fərəc Həsrətov bir müddət əvvəl xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə ilə üzləşib

SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA

Türkiyənin qərb hissəsində, xüsusən də İstanbul və Kocaelidə bir müddətdir davam edən güclü yağışlar subasmaya və sellərə səbəb olub. Bunun nəticəsində böyük dağıntılar qeydə alınıb, bir neçə nəfər həyatını itirib. Qeyd edə

Kürdəmirdə qatar 50 yaşlı kişini vurub öldürüb? - YENİLƏNDİ 

"Azərbaycan Dəmir Yolları" QSC hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb:

Bakının əsas prospekti buna görə iflic oldu

Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində yük avtomobili texniki nasaz olması səbəbindən yolun hərəkətin hissəsində qalıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Salyanda ağır qəza: ölən var

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakin

AZAL təyyarəsi Bakıya uça bilmədi - SƏBƏB

Oktyabrın 17-də Rusiyanın bir sıra hava limanlarında kütləvi PUA hücumları səbəbilə uçuş cədvəllərində pozuntular qeydə alınıb. -a istinadla xəbər verir ki, Moskvanın Şeremetyevo və Vnukovo, Sankt-Peterburqun Pulkovo, Yekaterinburqu


yeni xeberler son xeberler azerbaycan xeberleri metbuat son.xeber dunyada son xeberler hava