Tanınmış cərrahdan XƏBƏRDARLIQ: "Bu həkimlərin qarşısı alınmalıdır, yoxsa..."

Tanınmış cərrahdan XƏBƏRDARLIQ: "Çox açıq-saçıq və hüdudları aşan həkim reklamları qadağan olunmalıdır. Bu məsələ mütləq bir çərçivəyə salınmalıdır".
Bu fikirləri KONKRET.az-a açıqlamasında Tibb uzrə elmler doktoru, professor Vaqif Qələndərli səsləndirib.

O bildirib ki, xüsusən həddi aşan plastik-estetik cərrahların fəaliyyəti araşdırılır.
"Normalda Azərbaycanda 2011-ci ilə qədər plastik cərrahiyə ixtisası yox idi. Amma bundan öncə də sözügedən sahə ilə məşğul olan həkimlər olub. Onlar seçiləcək və dəyərləndiriləcək. Eyni zamanda xaricdə təhsil alıb uzman kimi ölkəyə qayıdan, rezidentura ilə bu ixtisasa sahib olan həkimlərin də fəaliyyəti dəqiqləşdiriləcək və yoxlanılacaq. Bir sözlə, həkimlər arasında da ələnmə olmalıdır. Bir çox ölkələrdə keçid dövründə ələnmə prosesi baş verib. Belə olan halda həkimlər öz yerini biləcək və dəqiq müraciətlər olacaq. Müəyyən bir çərçivə olmalıdır və hədd aşılmamalıdır".
Vaqif Qələndərli bildirib ki, yaxşı həkimin ümumiyyətlə reklama ehtiyacı yoxdur.
"Bəzi həkimlər virtual aləmdə reklamlarla insanların günlük həyatına girərək qarışıqlıq yaradırlar. Əslində bu məsələdə bir qayda-qanun yaratmaq lazımdır. Onların qarşısı alınmalıdır və çərçivə yaradılmalıdır. Bu, normal bir prosesdir. Odur ki, həkimlərin reklamlarının qadağan olunması ilə bağlı təklifi normal qəbul etmək lazımdır".
Xatırladaqki, Milli Məclisin bu gün keçirilən iclasında həkimlərin reklamına qadağa qoyulması təklif olunub. Bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib.
Müşviq Tofiqoğlu
KONKRET.az

Sağlamlıq       Tarix: 03 fevral 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan səhiyyəsi qlobal reytində son sıralardadır

Azərbaycan səhiyyə xidmətlərinin səviyyəsinə görə 101 ölkə arasında 92-ci sırada qərarlaşıb. yenisabah-a istinadla xəbər verir ki, səhiyyə xidmətlərinin keyfiyyətinə dair hazırlanan reytinq siyahısında Azərbaycan 49 bal toplay

Kennedi ailəsinin gizli faciəsi: Gözəlliyi ilə kral ailəsini heyran edən Rozmariyə niyə "yox edildi"

1938-ci ilin mayında Londondakı Bukingem sarayının möhtəşəm bal zalında 20 yaşlı Rozmari Kennedi ağappaq, zərif libası ilə Böyük Britaniya kralı VI Georq və kraliça Elizabetin qarşısında baş əyərkən hamının diqqətini cəl

Bir böyrəklə ömürlük yaşamaq mümkündür? Həkimdən AÇIQLAMA

Gəncə sakini İradə Səidovanın həyat yoldaşına böyrəyini bağışlaması orqan transplantasiyası və donor sağlamlığı ilə bağlı bir sıra sualları gündəmə gətirib. Bir insanın bir böyrəklə ömrünün sonuna qədər yaşaması mümkündürmü

Qrip olanlar bu çayları içir, amma... – Həkimdən mühüm AÇIQLAMA

Qripə yoluxan zaman bir çox insan dərman preparatları ilə yanaşı, müxtəlif bitkilərdən hazırlanmış çaylara da üstünlük verir. Cökə, zəncəfil, adaçayı, kəklikotu və çobanyastığı kimi bitki dəmləmələrinin immuniteti gücləndirdiyi

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Vərəm xəstələrinə görüntülü zəng məcburiyyəti: NECƏ OLACAQ?

Vərəm xəstələrinin dərman qəbuluna nəzarət məqsədilə görüntülü zənglər vasitəsilə yoxlanılması bəzi pasiyentlərin narazılığına səbəb olub. Belə ki, evində internet olmayan, yaxud internet paketi almağa maddi imkanı çatmaya

Qoşaçayda otuz şagird zəhərləndi

Bu gün Qərbi Azərbaycan əyalətinin Qoşaçay şəhərinin məktəblərindən birində otuz şagird zəhərlənib. KONKRET.azxəbər verir ki, bu haqda İran televizyası məlumat yayıb. Xəstəxanalara köçürülən şagirdlərin zəhərlənmə səbəb

Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar

Baş ağrısından tutmuş soyuqdəyməyə qədər bir çox insan narahatlıq hiss edən kimi dərmana üz tutur. Bəziləri həkim məsləhəti olmadan aptekdən aldığı preparatları günlərlə, hətta aylarla qəbul etsə də, gözlədiyi nəticəni əld

Qrip niyə həftələrlə sağalmır? – Həkim səbəbləri açıqladı

Adətən qripə yoluxan insanlarda xəstəliyin simptomları bir neçə gün ərzində zəifləyir və tədricən aradan qalxır. Lakin son dövrlər yayılan qripəbənzər virus infeksiyalarından sonra öskürək, boğaz ağrısı və halsızlıq kim


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber.az cəbhədən son görüntülər xəbər az ensonxeberler